Devid LLoyd Corc və onun siyasi karyerası. L.Corc ilk dəfə 1905-ci ildə liberalların kabinetində ticarət naziri kimi daxil olmuşdur. Kollegiyalı olan Corc valideynlərini erkən itirmiş və kelt dilinin hələ də unudulmamış Uels kəndi Lilah istiqamətində dayısına məxsus kiçik ayaqqabı emalatxanasında işləyərək tərbiyə almışdır. Devid müstəqil şəkildə hüquqşünaslığın əsaslarını öyrənmiş, kənd vəkillər idarəsində işləmiş, yerli mətbuatda əməkdaşlıq etmişdir İlk vaxtlarda o, Uels millətçilərinin bayrağı altında çıxış etmiş, 27 yaşında isə parlament seçkilərində uğur qazanmışdır.
L.Corc icmalar palatasında vergiqoyma məsələləri üzrə bir mütəxəssis kimi ixtisaslaşmışdır. O, həmişə görüntüdə qalmaq üçün tənqiddən daha çox istifadə edirdi. İngilis –bur müharibəsi illərində isə onun adı bütün ölkədə məşhur idi. Onu üsyançı kimi tanıyırdılar. Onun bir sıra hərəkətləri hökumət dairələrini və cəmiyyətin varlı təbəqəsini qıcıqlandırırdı.
L.Corc öz fəaliyyətinə tam ciddi olaraq “Xalq büdcəsi” adı vermişdir. Onun təklifinə görə əmək birjalarının maddi cəhətdən dəstəklənməsi nəzərdə tutulurdu. Bu kimi sosial xərclərə 10 milyon funt-sterlinq ayrılmasını təklif edir və bunu xalqın rifahının qeydinə qalmaq məqsədi ilə edildiyi qeyd edilirdi. Onun planında hərbi-dəniz xərcləri dörd dəfə artıq nəzərdə tutulurdu. Gəlirlər və xərclərin arasındakı uçurumu örtmək üçün Corc təklif edirdi ki, paslanmış vergi sisteminə yenidən baxılsın. Əsasən də imkanlı təbəqədən və vərəsəlikdən alınan vergilərin artırılması nəzərdə tutulurdu.
L.Corcun bu büdcə planını qəbul edənləri mühafizəkarlar xüsusi mülkiyyətə təcavüzdə günahlandırırdılar. Və büdcənin qəbul edilməsinə mane olurdular. Hər başlığa, rəqəmə, sətirə ilişərək etirazlara əl atırdılar. 70 gün gecə-gündüz müzakirələr davam etdi, deputatlar 554 dəfə müxtəlif otaqlara səsvermək üçün dağılışmışdılar (çünki, o vaxt icmalar palatasında səsvermə ayaq üstündə aparılırdı).
Lakin güclü iradəyə malik olan L.Corc müxaliflərinə qətiyyətlə cavab verirdi. Hətta nitqlərinin birində bəyan etmişdir kim, “Mən xalqımın oğluyam. Mən onun əhatəsində böyüdüm. Mən onun hansı sınaqlardan keçdiyini bilirəm”. Onun bu çıxışı Kral VII Eduardın xoşuna gəlməmiş və Corcu “sinfi sinfə qarşı qoymaq” cəhdində günaşlandırmışdır. Yalnız 1909-cu ilin noyabrında icmalar palatası liberalların, leyboristlərin və irlandiyalıların dəstəyi ilə büdcəni qəbul etmişdir.
Dostları ilə paylaş: |