Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Xarici və müstəmləkə siyasəti



Yüklə 0,52 Mb.
səhifə94/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   138
Yeni tarix müh

Xarici və müstəmləkə siyasəti. İngiltərə hakimiyyətini növbə ilə bölüşdürən partiyaların əsas siyasəti müstəmləkəçilik üzərində qurulmuşdur. Dizraeli bütün islahatların əleyhinə olmaqla, xarici müvəffəqiyyətlərlə xalqın diqqətini sosial problemlərdən yayındırmağa çalışırdı. İngilis ordusu 1879-cu ildə Əfqanıstanı tutdu. Lakin xalq həyəcanından qorxan hökumət Əfqanıstanın müstəqilliyini tanımalı oldu. Buna baxmayaraq onun bəzi hissəsi Hindistanın tərkibinə qatdı.

İngilis kapitalistlərinin diqqətini Cənubi Afrikadakı Transval və Oranj (Narıncı) torpaqları da cəlb edirdi. Belə ki, 60-cı illərdə bu torpaqlarda böyük miqdarda qızıl və almaz yataqları aşkar edilmişdir. Bunları öz əlində cəmləşdirmək istəyən İngiltərə 1877-ci ildə hər iki respublikanı anneksiya etmişdir.

Konservatorların hərbi avantyurasını tənqid edən liberallar 1880-ci ildə keçirilən seçkilərdə səs çoxluğu ilə qələbə çaldılar. Qladson 1882-ci ildə Misirə qarşı aqressiv müharibəyə başladı. Misirin işğal edilməsi istiqamətində ilk addım 1875-ci ildə Dİzraeli tərəfindən atılmışdır. Lakin ölkədə milli-azadlıq hərəkatı başlandığından bu mümkün olmamışdır. Artıq 1882-ci ilin iyulunda ingilis eskadrası “Xarici mülkiyyəti qorumaq” bəhanəsi ilə İskəndəriyyə şəhərini bombaladı. Oraya gətirilmiş ordu tezliklə Misir Sudanını da tutdu. Lakin 1885-ci ildə Mahdinin başçılığı ilə başlamış azadlıq müharibəsində ingilislər əzildi və Sudanın başlıca girişi olan Xartum şəhəri tutuldu.

80-ci illərin ortalarında İngiltərə müstəmləkələri getdikcə genişlənirdi. Bu siyasətə haqq qazandırmaq üçün burjuaziyada təbliğata geniş yer verirdi. 1869-cu ildə yaradılmış müstəmləkə cəmiyyəti (Bu cəmiyyət 1870-ci ildə imperiya müstəmləkə institutuna çevrilmişdir). İmperiyanın möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı. 1884-cü ildə imperiyanın federasiya liqası digər təbliğatçı təşkilatlarla birlikdə Britaniya imperiyası çərçivəsində Kömrük İttifaqının yaradılmasını tələb edirdilər. Onlar İngiltərənin müstəmləkəçi xarici siyasətini əsaslandırmağa çalışırdılar. Və deyirdilər ki, bu müharibədə yalnız güclülər və layiq olanlar yaşayırlar. Onların fikrinə görə ingilislər “ali irqə” mənsubdurlar, odur ki, digər xalqlar üzərində hökmran olmalıdırlar.

Müstəmləkə uğrunda mübarizə sahəsində XIX əsrin axırları üçün Afrika qitəsi əsas arenaya çevrildi. İngiltərə Qərbi və Şərqi Afrikada böyük torpaqlar tutdu. Bu siyasətdə onun əsas silahı şirkətlər idi. Afrikada “Cənubi Afrika kompaniyası fəal iş görürdü. Bu kompaniyanın başçısı Sesil Rods (1853-1902) Cənubi Afrikada qızıl və almaz çıxarmaqla varlanmışdır. 1889-cu ildə isə o, Limpana və ZAmberi çayları arasında Afrikanı bir mərkəz ətrafında birləşdirmək istəyirdi.

Afrikaya ingilis təcavüzünün başlanması digər müstəmləkəçi dövlətləri də buraya cəlb etdi. Belə ki, Almaniya və Fransa da Afrikada böyük sahədə müstəmləkələr tutdular. İngilislər və fransızlar arasında Afrika uğrunda mübarizə xüsusilə güclənmişdir. Münaqişə zonasına Nil çayının yuxarı axarından torpaqlar məruz qalmışdır. Bu ərazilərə sahib olmaq üçün Fransa həmin torpaqlara ordu göndərdi. Ordu 1898-ci ildə Nilin yuxarı axarına gəlib oraya Fransa bayrağını sancdı. Lakin Sudanda olan ingilis ordusunun komandanlığı fransızlardan oranı tərk etmələrini tələb etdi. Yaranmış münaqişə həmin ərazinin iki dövlət arasında bölüşdürülməsi ilə başa çatdı. Ümumiyyətlə XIX əsrin sonlarında dünya artıq faktiki olaraq imperialist dövlətlərinin arasında bölüşdürülüb qurtarmışdır.

XX əsrdə ingilis burjuaziyası özünün istilaçılıq siyasətini yenə də davam etdirirdi. BU dəfə onların ekspansiya siyasətinin hədəfi Uzaq Şərqdə Çin torpaqları oldu. İngilislər Çin ticarətinə də sahiblik edir, gömrük işini idarə edirdilər. Onlar əsasən ölkənin, cənub-şərqində daha çox möhkəmlənə bilmişdilər. İngilislərin müstəmləkə siyasətində zor işlətmək hakim idi. 1907-ci ildə Hindistanda başlamış milli-azadlıq hərəkatına İngiltərə hökuməti repressiyalarla cavab vermişdir. Yığınacaqlar polis və ordu tərəfindən qəddarcasına dağıdılır, yığıncaq iştirakçıları həbsxanalara atılırdı. Lakin bu tədbirlər də həmişə yetərli olmurdu. Onda ingilislər güzəştə getməli olurdular. Koloniyalar içərisində Kanada və Avstraliyaya daha böyük güzəştlər olundu. Yəni onlar krallıqdan ilk olaraq dominion (özünüidarə) statusu ala bilmişdilər. 1907-ci ildə Yeni Zelandiya, 1910-cu ildə isə Cənubi Afrika özlərini idarə hüququ ala bilmişdilər. 1907-ci ildən isə Britaniya krallığı əsas problemləri – xarici siyasət və hərbi məsələləri müzakirə etmək üçün dominionlarla konfranslar keçirməyə başlamışdır.

XX əsrin əvvəllərindən İngiltərə Cənubi Afrikadakı bur respublikaları olan Transval və Narıncıya qarşı müharibəyə başlamışdır. BU müharibənin əsas səbəbkarı isə ingilis burjuaziyası idi. Onlar bu zəngin torpaqları özünküləşdirməyə çalışırdılar. BU məqsədlə ingilis ordusu həmin respublikaların qonşuluğunda yerləşməklə onları dənizə çıxışdan məhrum etmişdir. Odur ki, 19899-cu il 9 oktyabr tarixində Tansval respublikası xəbərdarlıq edərək İngiltərəyə qarşı müharibə elan etdi. 2 gün sonra isə Narıncı respublikası İngiltərəyə qarşı müharibə elan etdi.

1900-cu ilin başlanğıcında ingilis ordusunun komandanlığı Cənubi Afrikaya 450 min nəfərlik bir ordu gətirmişdir. İngilislərin çoxsaylı hərbi qüvvələrinə qarşı bunlar yalnız 80 min nəfərlik ordu çıxara bilmişdir. Buna baxmayaraq burlar tabe olmayıb partizan müharibəsinə keçdilər. Onlar qəfil hücumlar edərək ingilislərə ağır zərbələr vururdular. Partizan hərəkatı ilə bacarmayan ingilislər dinc əhaliyə qarşı müharibə aparmağa başladılar. Onlar firmaları yandırır, əhalini düşərgələrdə yerləşdirirdi. İngilislərin bu siyasəti İngiltərənin özündə proqressiv qüvvələr tərəfindən ciddi tənqid olunurdu. İngilis fəhlələri burjuaziyanın Cənubi Afrikada apardığı bu ədalətsiz müharibəyə qarşı fəal çıxış edirdilər. Tred-yunionların 1900-cu ildə Xodderstildə keçirilmiş konqresi də bu müharibəni pisləmişdir.

İngiltərə hökuməti hətta daxildə belə anti müstəmləkə siyasətinin gücləndiyini görüb Cənubi Afrikadakı müstəmləkə uğrunda müharibəsini tez bir zamanda yekunlaşdırırdı. Yəni 1902-ci il 1 iyul tarixində İngiltərə ilə bur respublikaları arasında Pretoriyada (Transvalın paytaxtı) sülh müqaviləsi bağlandı. Müqaviləyə görə bur respublikaları Cənubi Afrika adı altında birləşdirildi.




Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin