Bütün MM tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə,
müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti
üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin
yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün vəzifəli
şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə MM - fəhlə və qulluqçuları, gəncləri, tələbələri (şagirdləri) qabaqcadan
müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit
işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ)
görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə MM üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə,
mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur.
Obyektin MM rəhbərliyinin yanında MM Qərargahı yaradılır. Qərargah MM-nin
idarəetmə orqanı olub, obyektdə MM məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır.
Qərargah MM üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir
(şəkil 1.16).
Dostları ilə paylaş: |