Hərbiləşdirilməmiş dəstələr
– xüsusi texnika və
avadanlıqla təchiz edilmiş, zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz
tədbirləri yerinə yetirmək üçün təlim keçirilmiş insanlardan ştata uyğun olaraq qruplaşdırılır
(dəstə, komanda, briqada, drujina, manqa, məntəqə).Bunlar sülh və müharibə vaxtı yerinə
yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
MM-nin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq,
xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən MM qüvvələrinin fəaliyyətini təmin
etmək üçün obyektlərdə də, yerlərdə də MM xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin
vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır.
Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edilir.
MM-nin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini,
xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla
müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır.
Dostları ilə paylaş: |