522 fəaliyyətdə olan vulkan qeydə alınıb və bunlardan 20-40-ı hər il püskürür. Ən çox vulkan
İndoneziyada, Yaponiyada, Mərkəzi Amerikadadır. Vulkanların püskürməsi zamanı əsas
zədə yetirən faktorlar bunlardır: közərmiş lava, qazlar, tüstü, buxar, qaynar su, kül, dağ
cisimlərinin qırıntıları, partlayış dalğası, lil və daş axınları.
Vulkanın kəsiyi
Maqma dedikdə, yer daxilində ərimiş, yüksək hərarətli, son dərəcədə gözərmiş və qazlarla
zəngin olan silikat maddə nəzərdə tutulur.
Vulkan konusunun zirvəsində yerləşən kasaşəkilli və ya qıfabənzər boşluğa vulkan krateri
deyilir. Bəzən vulkan kraterləri su ilə dolaraq krater göllərinin yaranmasına səbəb olur.
Dostları ilə paylaş: |