Xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi-psixoloji təminatı aşağıdakı
məsələləri əhatə edir:
-xilasedicilərdə yüksək mənəvi-psxioloji keyfiyyətlər, mütəşəkkillik, qarşıya qoyulan
vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmini aşılamaq;
-kəşfiyyat aparmaq üçün, ayrılan heyətləri qəza ocağında (təbii fəlakət rayonunda) sürətli və
hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək;
-xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı ciddi surətdə
gözləməyə və vaxtında çatmağa sövq etdirmək;
-istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr şəraitində xilasetmə və digər
təxirəsalınmaz işləri müvəffəqiyyətlə yerinə yetirməyə, cəld və təşəbbüskar olmağa,
zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib, təhlükəsiz
rayonlara köcurməyə xilasedici heyətləri tam səfərbər etmək;
-zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən, xilasedicilərin
qüvvələrindən qənaətlə və səmərəli istafadə olunmasına, onların vaxtında yeməyinin və
dincəlməsinin təşkilinə, müəyyən olunmuş iş rejiminin və təhlukəsizlik tədbirlərinin dəqiq
yerinə yetirilməsinə qayğı gostərmək;
-sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının alınmasına
və qətiyyətlə aradan qaldırılmasına yönəldilmiş hərtərəfli tədbirləri həyata kecirmək;
14
-xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən xilasedicilərin nailiyyətlərinin təbliğ
edilməsi, tapşırıqların icrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi üçün qayğı
göstərmək;
-xilasedici qruplar arasında qarşılıqlı fəaliyyətin saxlanmasına, həmrəyliyin, yoldaşlıq
münasibətlərinin, vəzifələrin icrası vaxtının, qarşılıqlı yardımın möhkəmlənməsinə yönəldilən
mənəvi-psixoloji tədbirləri həyata kecirmək.
Fəlakət dövrundə aparılan mənəvi-psixoloji işdə başlıca məqsəd yaranan son dərəcə cətin
şəraitdə belə, qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsini təmin etməkdir. Qəflətən baş
verən zəlzələ, fəlakətli daşqın, ucqun və ya sənaye muəssisələrində partlayışlar şəxsi heyətin
psixikasına ağır təsir gostərərək, muvəqqəti sarsıntılar, qorxu və ozunə inamsızlıq hissi yarada
bilər. Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən gujlu partlayışlı təkanlar, yeraltı
gurultu, bir anda yerin maqnit və elektrik sahələrinin dəyişməsindən torəyən parıltı və şimşək
insanlarda elə təsəvvur yarada bilər ki, guya atom zərbələri endirilir. Adamlarda belə psixoloji
hal yaranarkən, onlara vaxtında və muntəzəm surətdə doğru məlumatlar catdırılmazsa, lazımi
xəbərdarlıq siqnalları və duzgun davranış qaydaları barədə konkret gostərişlər verməklə
idarəetmə təşkil olunmazsa, kutləyə rəhbərlik zəifləyər, bu isə caxnaşmaya və digər mənfi
kutləvi hadisələrə zəmin yaradar.
Xilasedicilər yuksək mənəvi-psixoloji keyfiyyətlərə malik olmalıdırlar. Bu məqsədlə
onlar xususi psixoloji hazırlıq kecməlidirlər. Xilasedivilərin mənəvi-psixoloji hazırlığı
dedikdə, onlarda elə psixoloji keyfiyyətlərin formalaşdırılması nəzərdə tutulur ki, həmin
keyfiyyətlər muxtəlif fəlakətlər zamanı yaranan təhlukəli və digər gərgin şəraitlərdə bacarıqla
fəaliyyət gostərmək qabiliyyətlərini təmin etsin. Mənəvi - psixoloji hazırlıq sayəsində
xilasedicilərdə yuksək mənəvi keyfiyyətlər (cəsarət, igidlik, qətiyyət, intizam, mutəşəkkillik
və s.), emosional dəyanətlilik, sağlam sosial - psixoloji munasibətlər, dostluq, yoldaşlıq,
qarşılıqlı yardım, intellektual keyfiyyətlər (zehni ceviklik, şəristə, fərasət və s.) aşılanır.
Xilasedicilərdə təhlukəyə, qorxuya və caxnaşmaya tab gətirmək, cətinlikləri dəf etmək və
fədakarlıq gostərmək, eləcə də, fovqəladə hadisələrin nəticələri aradan qaldırılarkən, yarana
biləjək əsəb gərginliyinə dozumluluyun tərbiyə olunması, mənəvi-psixoloji hazırlığın əsas
problemlərindən biridir. Xilasediciləri qəza ocaqlarında və təbii fəlakət rayonlarında yarana
biləcək vəziyyətlə tədris prosesində əvvəlcədən tanış etməklə, real şəraitdə meydana cıxan
muxtəlif xarakterli psixoloji sarsıntıların kəskinliyini azaltmaq mumkundur.
Bünyamin Qəmbərli
ATMU-nun baş müəllimi