Mühazirə : Respublika ərazisində baş verə biləcək


Xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi-psixoloji təminatı aşağıdakı



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə35/35
tarix10.05.2022
ölçüsü1,02 Mb.
#57265
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   35
II MÜHAZİRƏI FH-lərin təsnifatı

Xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi-psixoloji təminatı aşağıdakı 

məsələləri əhatə edir: 

-xilasedicilərdə yüksək mənəvi-psxioloji keyfiyyətlər, mütəşəkkillik, qarşıya qoyulan 

vəzifələri vaxtında və dəqiq yerinə yetirmək əzmini aşılamaq; 

-kəşfiyyat aparmaq üçün, ayrılan heyətləri qəza ocağında (təbii fəlakət rayonunda) sürətli və 

hərtərəfli araşdırmalar aparmağa səfərbər etmək; 

-xilasediciləri fəlakət rayonuna mütəşəkkil halda hərəkətə, nizam-intizamı ciddi surətdə 

gözləməyə və vaxtında çatmağa sövq etdirmək; 

-istehsalat qəzaları, kütləvi yanğınlar, güclü zəhərlənmələr şəraitində xilasetmə və digər 

təxirəsalınmaz işləri müvəffəqiyyətlə yerinə yetirməyə, cəld və təşəbbüskar olmağa

zədələnmiş şəxsləri tez axtarıb tapmağa, onlara vaxtında tibbi yardım göstərib, təhlükəsiz 

rayonlara köcurməyə xilasedici heyətləri tam səfərbər etmək; 

-zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən, xilasedicilərin 

qüvvələrindən qənaətlə və səmərəli istafadə olunmasına, onların vaxtında yeməyinin və 

dincəlməsinin təşkilinə, müəyyən olunmuş iş rejiminin və təhlukəsizlik tədbirlərinin dəqiq 

yerinə yetirilməsinə qayğı gostərmək; 

-sayıqlığın yüksəldilməsinə, çaxnaşmanın və digər belə mənfi halların qarşısının alınmasına 

və qətiyyətlə aradan qaldırılmasına yönəldilmiş hərtərəfli tədbirləri həyata kecirmək; 



14 

 

-xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən xilasedicilərin nailiyyətlərinin təbliğ 



edilməsi, tapşırıqların icrası zamanı fərqlənən şəxslərin vaxtında həvəsləndirilməsi üçün qayğı 

göstərmək; 

-xilasedici qruplar arasında qarşılıqlı fəaliyyətin saxlanmasına, həmrəyliyin, yoldaşlıq 

münasibətlərinin, vəzifələrin icrası vaxtının, qarşılıqlı yardımın möhkəmlənməsinə yönəldilən 

mənəvi-psixoloji tədbirləri həyata kecirmək. 

Fəlakət dövrundə aparılan mənəvi-psixoloji işdə başlıca məqsəd yaranan son dərəcə cətin 

şəraitdə belə, qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsini təmin etməkdir. Qəflətən baş 

verən zəlzələ, fəlakətli daşqın, ucqun və ya sənaye muəssisələrində partlayışlar şəxsi heyətin 

psixikasına ağır təsir gostərərək, muvəqqəti sarsıntılar, qorxu və ozunə inamsızlıq hissi yarada 

bilər. Məsələn, şiddətli zəlzələ zamanı, bəzən baş verən gujlu partlayışlı təkanlar, yeraltı 

gurultu, bir anda yerin maqnit və elektrik sahələrinin dəyişməsindən torəyən parıltı və şimşək 

insanlarda elə təsəvvur yarada bilər ki, guya atom zərbələri endirilir. Adamlarda belə psixoloji 

hal yaranarkən, onlara vaxtında və muntəzəm surətdə doğru məlumatlar catdırılmazsa, lazımi 

xəbərdarlıq siqnalları və duzgun davranış qaydaları barədə konkret gostərişlər verməklə 

idarəetmə təşkil olunmazsa, kutləyə rəhbərlik zəifləyər, bu isə caxnaşmaya və digər mənfi 

kutləvi hadisələrə zəmin yaradar. 

Xilasedicilər yuksək mənəvi-psixoloji keyfiyyətlərə malik olmalıdırlar. Bu məqsədlə 

onlar xususi psixoloji hazırlıq kecməlidirlər. Xilasedivilərin mənəvi-psixoloji hazırlığı 

dedikdə, onlarda elə psixoloji keyfiyyətlərin formalaşdırılması nəzərdə tutulur ki, həmin 

keyfiyyətlər muxtəlif fəlakətlər zamanı yaranan təhlukəli və digər gərgin şəraitlərdə bacarıqla 

fəaliyyət gostərmək qabiliyyətlərini təmin etsin. Mənəvi - psixoloji hazırlıq sayəsində 

xilasedicilərdə yuksək mənəvi keyfiyyətlər (cəsarət, igidlik, qətiyyət, intizam, mutəşəkkillik 

və s.), emosional dəyanətlilik, sağlam sosial - psixoloji munasibətlər, dostluq, yoldaşlıq, 

qarşılıqlı yardım, intellektual keyfiyyətlər (zehni ceviklik, şəristə, fərasət və s.) aşılanır. 

Xilasedicilərdə təhlukəyə, qorxuya və caxnaşmaya tab gətirmək, cətinlikləri dəf etmək və 

fədakarlıq gostərmək, eləcə də, fovqəladə hadisələrin nəticələri aradan qaldırılarkən, yarana 

biləjək əsəb gərginliyinə dozumluluyun tərbiyə olunması, mənəvi-psixoloji hazırlığın əsas 

problemlərindən biridir. Xilasediciləri qəza ocaqlarında və təbii fəlakət rayonlarında yarana 

biləcək vəziyyətlə tədris prosesində əvvəlcədən tanış etməklə, real şəraitdə meydana cıxan 

muxtəlif xarakterli psixoloji sarsıntıların kəskinliyini azaltmaq mumkundur. 

 

 

 



                                                                                     Bünyamin Qəmbərli                                                     

                                                                                                ATMU-nun baş müəllimi 



 

Document Outline


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin