güclü küləklər və intensiv yağıntılardır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və
şərti olaraq ballarla belə ifadə edilir:
1 baldan kiçik (18-32 m/san) - zəif dağıntılar törədə bilər; 1bal (33-49 m/san) – mülayim; 2
bal (50-69 m/san) - xeyli dağıdıcı; 3 bal (70-92 m/san) - güclü dağıdıcı; 4 bal (98-116 m/san) -
dəhşətli dağıdıcı. Küləyin sürətini daha ətraflı qiymətləndirmək üçün külək sürətinin şkalasından
istifadə edilir. Qasırğa vaxtı küləyin ölçülmüş ən yüksək sürəti 80 m/san (280 km/s),
dağıntıların kəmiyyətinə görə hesablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s).
Burulğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/san (420 km/s), dağıntılarına görə
hesablanmış sürəti isə 300 m/san-dən (1000 km/s-dan) artıqdır. Küləyin belə yüksək sürətə
çatması üçün xüsusi yerli şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzərində yaranır.
- Tufan.
Küləyin sürəti 0-dan səs sürətinə qədər ola bilir. 1946-cı ilə kimi 12 ballıq şkala ilə,
1946-cı ildən isə 18 ballıq şkala ilə ölçülür. Tufanlar əsasən atmosferdə baş verən silklon
hadisələri nəticəsində yaranır. Bu zaman küləyin sürəti 26 – 31 m/san arasında olur. Atlantik
okeanında tufanların sürəti hətta 241,5 m/san-yə çatır.
Dostları ilə paylaş: |