5. Epidemiya
-
Kəsin yolxucu xəstəliklərin sürətlə və geniş halda insanlar arasında
yayılmasına deyilir. Yolxucu xəstəliklərin törədiciləri mikroblardır (növləri: bakteriyalar,
viruslar, riktersiyalar və göbələklər).
Xəstəliklar aşağədakı yollarla və vasitələrlə yayılırlar:
- tənəffüz orqanları vasitəsilə;
- yoluxmuş ərzaq məhsullarından və sudan istifadə edərkən;
- yoluxmuş əşyalara toxunarkən;
- xəstə adamlar və heyvanlarla təmasda olarkən və s.
Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, habelə tulyaremiya və vəba
xəstəliyi yayılan təhlükəli sahələr müəyyən edilmişdir.
- Zaqafqaziyanın düzəngəh-dağətəyi təbii
taun
mənbəyi olub, sahəsi 500 min hektardır. Bura,
Qazax, Ağstafa, Tovuz, Göygöl, Şəmkir, Salyan, Goranboy, Yevlax, Ağdaş kənd rayonlarını,
habelə Mingəçevir şəhərini, Bakının Qaradağ və Nizami rayonları aiddir.
- Arazyanı təbii taun mənbəyinə aid edilən Naxcıvan şəhərinin, Ordubad, Culfa, Şərur və
Babək rayonlarının ümumi sahəsi 260 min hektardır.
- Zaqafqaziyanın yuksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar olan Laçın,
Kəlbəcər, Şahbuz rayonları daxildir.
Tulyaremiya
xəstəliyi ehtimallı zona - Daşkəsən, Gədəbəy, Kəlbəçər, Şəmkir, Goranboy,
Culfa, Ordubad və Şahbuz rayonlarını daxildir.
Şirvan və Naxçıvan şəhərlərində, habelə cənub rayonlarında da
vəba
xəstəliyi ehtimalı
mövcuddur. Hal-hazırda respublika ərazisində 1 milyondan cox qacqın yaşayır. Bu
qacqınların məişət şəraitinin ağır olması, onların kütləvi halda yerdəyişməsi də yoluxucu
xəstəliklərin baş vermə təhlukəsini yarada bilər.
Dostları ilə paylaş: |