Mühazirə : Respublika ərazisində baş verə biləcək



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix10.05.2022
ölçüsü1,02 Mb.
#57265
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   35
II MÜHAZİRƏI FH-lərin təsnifatı

7. Epifotiya

-

Bitki xəstəliklərinin yayılmasından ibarətdir. Bu xəstəliklərə təbiətdə geniş rast 

gəlinir. Bunlar: dənli bitkilərin 

pas

 xəstəliyi, çəltiyin 



göbələkcik

 xəstəliyi və s... 

Müxtəlif kimyəvi maddələrdən düzgün istifadə edilməməsi nəticəsində də bitkilər məhv ola və 

ya xəstəliklərə məruz qala bilər. İnfeksion xəstəlik ocağı yaranarkən yoluxmuş ərazidə 

insanların, heyvanların və bitkilərin mühafizəsi üzrə tədbirlər müvafiq orqanlar tərəfindən, o 

cümlədən də dövlət sərhədlərində gömrükxanalar tərəfindən yerinə yetirilir. 



8. Qar uçqunları-marxallar

 - Nisbi hündürlüyü 20-40 m-dən çox, mailliyi 25 dərəcə olan 

sahələrdə baş verir. Qar uçqunlarının sürəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə 

çata bilir. Quru qar uçqunu, yaş qar uçqununa nisbətən daha sürətlə hərəkət edir. Qar 

uçqunlarının əsas səbəbi qarın itensiv yağması və yamacların aşağı hissələrinin əriməsidir. 

Sutka ərzində qarın qalınlığı 30 sm-ə çatan hallarda külli surətdə iri qar uçqunları təhlükəsi 

meydana çıxır. Kifayət qədər qalınlıqda qar yağmış hər hansı dağlıq rayonda qar uçqunları baş 

verə bilər. Qar uçqunları ölkəmizin bütün yüksək dağlıq bölgələrində, xüsusən Balakən, Qax, 



11 

 

Kəlbəcər, Ordubad və bir sıra digər rayonlarda müşahidə edilir. Bəzən güclü marxallar həcmi 



milyon kub metrə çatan qar uçqunu şəklində geniş ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara 

səbəb olur. Müdafiə üsulları qar yağmış hündürlükləri atəşə tutmaqdır. 



9. Dolu

 – Atmosfer yağıntılarnın bir növüdür. Bulud daxilində qar topalarının hərəkəti 

nəticəsində yaranır. Tərkibində buz kristalları ilə bərabər soyuq su damcıları olur və Buz qatı 

ilə örtülür. Ölçüsü 5-dən 55 mm-ə qədərdir (təbiətdə 13sm, 1kq çəkisində müşahidə olunub). 

Xalq təsərrüfatına ən böyük ziyan vuran təbii fəlakətdir. Dolular ən çox Gədəbəy, İsmayıllı və 

Şəki rayonlarında müşahidə olunur. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin