4. Fəlakətli daşqınlar və subasmalar
-
Respublikanın ərazisində fəaliyyətdə olan əsas 4 su
qovşağı (Mingəcevir, Araz, Şəmkir, Sərsəng) və 6 su hovzəsinin (Arpaçay, Ağstafaçay,
Vayxir, Ceyranbatan, Yuxarı Xanbulaq, Xaçınçay) torpaq bəndləri zəlzələ nəticəsində, yaxud
digər səbəblərdən yarılarsa və ya yuyularsa geniş sahələrdə fəlakətli daşqın və ya, subasma
zonaları yarana bilər. Belə bir hadisə baş verərsə, respublika tabelikli şəhərlərin, rayon
mərkəzlərinin, yaşayış məntəqələrinin əraziləri, dəmir yolu xətləri, avtomobil yolları,
körpülər, rabitə və elektrik xətləri, buradakı bina və qurğular müxtəlif dərəcədə dağılar və ya
su altında qalar.
Qeyd olunan su qovşağı və su hövzələrinin törədə biləcəyi fəlakətli subasma zonalarının
ümumi sahəsi 20 min kv.km təşkil edir ki, nəticə etibarı ilə, orada 1125 min əhali evsiz-eşiksiz
qalar, xalq təsərrufatına isə, külli miqdarda ziyan dəyər.
Respublika ərazisinin böyük bir hissəsi şimal sərhədlərindən başlayaraq Bakı,
Sumqayıt kimi iri şəhərlər də daxil olmaqla cənub sərhədlərinədək, Xəzər dənizi sahilində
yerləşir (800 km).
Xəzər Dənizinin səviyyəsinin 1,5 m-dən cox qalxması, Xəzər ətrafı zonalarda
böyük problemlər yarada bilər. Bakı və Sumqayıtda bir cox müəssisələrin, yaşayış
məntəqələrinin suyun altında qalmaq təhlükəsi yaradar. Xəzər dəninizində suyun səviyyəsinin
qalxması adamların həyatı ücün də, təhlukə yaradır.
|