9
2. Sellər.
Sel- su kütləsinin istiqamətlənməmiş hərəkətinə deyilir.
Azərbaycan dünyanın
selə
ən çox məruz qalan ölkələrindən biridir; respublika əhalisinin beş
faizindən çoxu sel qorxulu ərazilərdə yaşayır. Respublikanın ərazisini aşağıdakı sel təhlükəli
rayonlara ayırmaq mümkündür:
- Böyük Qafqaz dağlarının cənub və şimal-şərq yamacları;
- Kicik Qafqaz dağlarının şimal-şərq yamacları;
- Naxcıvan Muxtar Respublikası;
- Talış dağları.
Bunlardan, daha güclü sel mənbələri Balakənçay və Talaçay (Balakən rayonu), Qaraçay
(Zaqatala rayonu), Gürmükçay (Zaqatala rayonu), Kişçay və Şinçay (Şəki rayonu),
Dəmiraparançay,Tikanlıçay (Qəbələ rayonu), Qayçay, Ağçay (Oğuz rayonu), Qilqilçay,
Axınçay (Tovuz rayonu), Cəhriçay (Şəmkir rayonu), Gəncəçay (Göygöl rayonu), Gilyançay
və Ordubadçaydır (Naxcıvan Muxtar Respublikası).
Boyuk və Kicik Qafqazın yamaclarından axan digər çaylarda, sel törədə bilər. Belə
sel axınları respublikanın xalq təsərrufatına xeyli ziyan vurur, bağları məhv edir,
hidrotexniki qurğuları sıradan çıxarır, körpüləri rabitə və elektrik xətlərini, tikililəri və. s.
dağıdır.
Dostları ilə paylaş: