13
MUHAFİZƏSİ, ƏHALİNİN MƏNƏVİ-PSİXOLOJİ HAZIRLIĞI
.
Azərbaycanın coğrafi movqeyi, relyefinin murəkkəbliyi, Xəzər dənizinin sahilində
yerləşməsi, bol günəş işığı və istiliyi ilə təmin olunması, muxtəlif nov
hava kutləsinin
təsirinə məruz qalması, burada cox murəkkəb və özünəməxsus hidrometeoroloji şəraitin
yaranmasına səbəb olmuşdur. Planetimizdə müşahidə edilən 11 iqlim şəraitindən 9-u
Azərbaycanda mövcuddur. Həmçinin, respublika ərazisi 8-9 bal gücündə ehtimal olunan aktiv
seysmik zonada yerləşir. Qeyd olunan bu xüsusiyyətlər, əhali və xalq təsərrüfatı üçün təhlükə
yaradır, insan tələfatına və böyük maddi itkilərə səbəb olur. Ona gorə də bu amillər, fovqəladə
hadisələrin qabaqcadan proqnozlaşdırılmasını, profilaktik tədbirlərin hazırlanmasını, mülki
müdafiənin təşkil olunmasını, əhalinin hazırlanması və muhafizə olunmasını, maddi
sərvətlərin qorunmasının planlaşdırılmasını və təxirəsalınmaz digər tədbirləri həyata kecirmək
tələblərini qarşıya qoyur.
Azərbaycan Respublikası ərazisində mülki müdafiə tədbirlərinin həyata kecirilməsi və
fovqəladə hadisələrdən əhalinin mühafizə edilməsi sahəsində əsas tədbirlər, Azərbaycan
Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş «Mulki Mudafiə haqqında» Azərbaycan
Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlir Kabinetinin 25 sentyabr 1998-
ci il tarixli 193 saylı qərarı ilə tənzimlənir. Fövqəladə hadisələrin və onların nəticələrinin
aradan qaldırılması, mülki müdafiə idarəetmə orqanlarının və müvafiq icra hakimiyyəti
orqanlarının birgə fəaliyyəti nəticəsində həyata keçirilir. Əhalinin, maddi sərvətlərin və
ərazinin fövqəladə hadisələr zamanı mühafizə olunması məqsədilə ərazi və sahə idarəetmə
orqanlarında, mülki müdafiə tədbirləri planlaşdırılmış şəkildə həyata kecirilir.
Fövqəladə hallarda, xilasetmə və digər təxirəsalınmaz işlərin mənəvi -psixoloji
təminatında məqsəd, xilasediciləri, həmçinin əhalini xilasetmə və digər təxirəsalınmaz
işlərin yerinə yetirilməsində şüurlu və fəal iştirak etməyə səfərbər etməkdir.
Təsərrüfat obyektlərində mənəvi-psixoloji tərbiyə işlərinin bazasında xilasedici,
qəza-bərpa dəstələri və digər komandaların yaradılması təşkilat və idarələrin rəhbərləri
tərəfindən aparılır.
Dostları ilə paylaş: