12. Quraqlıq
-
kənd təsərrüfatı və meşə təsərrüfatı, məişətdə və sənayedə su təchizatı, gəmiçilik
və su elektrik stansiyalarının işi arzu olunmaz vacib hadisədir. Bu hadisə müxtəlif geofiziki
göstəricilər üzrə, məsələn yağıntı defisitindən (miqdarına, müddətinə, miqyasına görə) başlamış
mürəkkəb əmsalların hesablamasından müvafiq qaydada qiymətləndirilə bilər ki, buraya hava
temperaturunun, yağıntıların, torpaqda rütubət ehtiyatının normadan fərqlənməsi dərəcəsi, eləcə
də məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxildir. Adətən, bir ərazidə
quraqlıq digər ərazidə yağıntıların artmasına səbəb olur. Əsas qitələrin sahələrinin 40-45 faizi
quru və quraqlıq ərazilərdir ki, əhalinin üçdə biri məhz bu ərazilərdə, dördə üçü isə quraqlıq bəzi
hallarda baş verən sahələrdə yaşayır.
12
Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir. Qurbanlarının sayına və vurduğu
iqtisadi ziyana görə quraqlıq beş ən əsas təhlükəli təbii hadisələrdən biridir. Bir dəfədə baş verən
tələfatın sayına (1965-1967-ci illərdə Hindistanda 1 mln-dan artıq) və bir-başa iqtisadi zərərin
kəmiyyətinə (on milyardlarla dollar) görə ən iri təbii fəlakətlərdən sayılır.
Dostları ilə paylaş: |