-
icraya nəzarət edən bölmə
- icraya çevik, nəzarət edir və bu haqda rəhbərliyə xəbər verir;
sərəncamverici sənədləri rəsmiləşdirir və göndərir; xidmət işçiləri üçün olan sənədlərin uçotunu
aparır. Rəhbərliyə imza etmək üçün veriləcək sənədlərin düzgün tərtib olunmasını və keyfiyyətini
yoxlayır. Vətəndaşların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmasına nəzarət edir və bu
haqda rəhbərliyə bildirir. Vətəndaşların qəbulunu təşkil edir;
-
məktub və yazıların qəbulu və göndərilməsi üzrə bölmə -
məktub və yazılan qəbul edir,
24
göndərir və aidiyyatı üzrə çatdırır; sənədlərin gündəlik uçotuna uyğun sənəd dövranının həcmi
haqqında rəhbərlik üçün məlumat hazırlayır.
arxiv -
kargüzarlığı qurtarmış işlərin qəbulunu, uçotunu və saxlanmasını təmin edir; işlərin
nomenklaturasını tərtib etməkdə bölmələrə kömək edir; sənədlərin cildlərinə tikilib, işlərin
düzgün formalaşdınl.masının təşkil edilməsini izləyir; dövlət arxivinə verilmək üçün işləri
hazırlayır və tabelikdə olan arxivlərə metodiki kömək göstərir;
kompüter, makina bürosu və korrektor qruppası -
sənədin əslindən və ya əlyazmasından
üzünü texniki vasitələrlə köçürməklə məşğul olur; kollegiya müşavirəsinin mə'ruzəsini
stenoqraflaşdı- rır, üzü köçürülmüş yazılarda pozmaq və düzəliş etmək hallarına cavabdehlik
edir.
Ədliyyə və məhkəmə orqanlarında sənədləşmə işlərini aparmaq üçün xüsusi şöbələr
yaradılmışdır.
1.
Yazışmaların qeydiyyatı və uçotu üzrə şöbə;
2.
Vətəndaşların ərizə və müraciətləri üzrə şöbə;
3.
Kargüzarlığın icrasına nəzarət şöbəsi.
Notariuslarda işin lazımi təşkili, vətəndaşlara və təşkilatlara dürüst, tez xidmətlər göstərilməsi,
sənədlərin tərtib olunması mədəniyyəti burada kargüzarlığın düzgün təşkilindən çox asılıdır.
Notariuslarda sənədləşmə işlərinin aparılması “Notariat haqqında” qanunla və notariat orqanında
kargüzarlığın aparılmasına dair təlimatla tənzimlənilir.
Sənədlərin uçotu və onların icrasına nəzarət üçün notariat idarəsində aşağıdakı kitablar və
dəftərlər olmalıdır:
-
daxil dəftəri;
-
xaric dəftəri;
-
yerli yazışmalar üçün qeyd dəftəri;
-
şikayət və təkliflərin uçotu kitabı;
-
nəzarət qovluğu.
-
Notariat şəhadətnamələrinin və təsdiq qeydlərinin tərtib olunması, notariat
əməliyyatlarının qeydə alınması üçün reyestrlər aparılmalıdır.
|