22
İdarəetmədə kargüzarlığın quruluş bölmələri
İdarəetmə funksiyasının icrası ardıcıl mərhələlərlə aparılır.
Bura:
-
rəhbərlik (inzibati-təşkilati işlər)
fəaliyyəti;
-
idarəetmə qərarlarının qəbul edilməsi üçün lazım olan məlumatların yığılması və
verilməsi,
onların icraçıya çatdırılması;
-
qəbul edilmiş qərarların icrasına nəzarətin edilməsi daxildir.
İdarətmə fəaliyyətinin bu mərhələləri sənədlər vasitəsi ilə müşayiət
olunur və çoxlu sənəd
tərtib edilir. İdarə, təşkilat və müəssisələrdə kargüzarlığın sənədli
hissəsi ilə xüsusi bölmələr
məşğul olur. Ədliyyə və məhkəmə aparatında sənədləşmə işlərini
yerinə yetirən böyük
kargüzarlıq aparatı vardırq
Vahid Dövlət Sisteminə əsasən kargüzarlığın sənədli hissəsinin avtomatlaşmasına, səndlərlə
işin təşkili və sənəd dövranının həcminə, habelə xidmət quruluşuna görə idarələr dörd dərəcəyə
bölünürlər:
1.
Sənəd dövriyyəsinin həcmi ildə 100 mindən çox olan idarələr
birinci dərəcəyə aiddir;
2.
Sənəd dövriyyəsinin həcmi ildə 100 minə qədər olan idarələr ikinci dərəcəyə aiddir;
3.
Sənəd dövriyyəsinin həcmi ildə 25 minə qədər olan idarələr üçüncü dərəcəyə aiddir:
4.
Sənəd dövriyyəsinin həcmi ildə 10 minə qədər olan idarələr dördüncü dərəcəyə aiddir.
Sənədlərlə işin aparılması müəssisənin xüsusi quruluş bölməsinin dəftərxanasında cəmləşdirilir.
Dəftərxananın əsasnaməsi qanunlara və VDKS və u\ğıın işlənib hazırlanır. İdarənin dərəcəsinə
görə dəftərxananın quruluşu müəyyən edilir. Dəftərxananın quruluş
bölmələri özünə məxsus
bütün vəzifələrin yerinə yetirilməsində məsuliyyət daşıyır. Əsasnaməyə əsaslanmaqla sənədlərlə
işləmək kargüzarlığın təşkili və xidməti işinə rəhbərlik etməkdir.
Elə müəssisələr vardır ki, orada dəftərxana təşkil etmək məqsədəuyğun deyildir. Belə olduqda
işlər rəhbərin katibinə həvalə edilir və kargüzarlıq işi mərkəzləşdirilir. Bu məqsədlə birinci və
ikinci dərəcəli müəssisələrdə kargüzarlığın
sənədli mərkəzləri,
üçüncü və dördüncü dərəcəli
müəssisələrdə isə kargüzarlığın sənədli büroları yaradılır ki, bunlar da bilavasitə dəftərxananın
vəzifəsini daşıyır və quruluş bölmələrində kargüzarlıq xidmətini təmin edirlər.
Mərkəzləşdirilmiş kargüzarlıq sistemi idarəetmə sənədləri ilə işləmədə eynilik yaradır və
23
sənədlərlə işin səmərəliliyini yüksəldir.
Dəftərxana idarədə müstəqil quruluş bölməsi olmaqla aşağıdakı vəzifələri yerinə yetirir:
Dostları ilə paylaş: