49
Məlumat - arayış sənədlərinin
xüsusiyyətləri və tərtibi
İdarəetmədə məlumat - arayış sənədlərindən daha çox istifadə edilir. Gündəlik işimizdə bu
sənədlərə daha çox rast gəlirik ki, onların hüquqi baxımdan tərtib olunması ən mühüm şərtlərdən
biridir. Bu qrupa daxil olan sənədlər üç yerə bölünür:
1.
Protokol sənədləri;
2.
Xidməti məktublar, teleqramlar, fakslar;
3.
Məlumat və izahat vərəqələri, arayışlar, aktlar, vəsiqələr, qəbzlər.
Protokol sənədləri
Ölkəmizdə çoxlu sayda kollegial orqanlar və xüsusi müəssisələr fəaliyyət göstərir. Bunların
idarəetmə fəaliyyətinin sənədləşdiril- məsinə xüsusi diqqət yetirilir.
Kollegial fəaliyyətin
əsasını iclaslar təşkil edir. İclasların hazırlanması və keçirilməsi üçün bir sıra sənədlər işlənir.
Bunlara iş planı, gündəJik məsələ, arayışlar, qərar layihəsi, protokol və başqaları daxildir.
İş planı.
Plan tərtib edilərkən
məsələlərin qoyuluşuna, aktuallığına,
təcililiyinə diqqət
yetirmək lazımdır. Qoyulmuş məsələlərə təyin olunmuş tarixdə baxılması vacib şərtdir.
Konkret məsələnin hazırlanması üçün
cavabdeh təyin olunan şəxs,
eyni zamanda qərar
layihəsini, arayışları, iclasa dəvət olunanların siyahısını tərtib etməlidir. İclasın
hər bir
məsələsi üçün qabaqcadan məruzəçilər iş planında əks olunmalıdır. Kollegial orqanın iclası
üçün konkret gün təyin edilməlidir.
Gündəlik məsələ.
Kollektivin və təsisçilərin iclaslarının gündəliyi istənilən vaxt dəyişdirilə
bilər, bu real vəziyyətdən asılıdır. Qarşıya çıxmış məsələlər rəhbərliyin
heç olmasa biri ilə
razılaşdırılmalıdır. İclasda məsələləri həll etmək üçün kvorum alınmalıdır. Daimi iştirakçılar
iclasın əvvəlindən axırına kimi iştirak etməlidirlər. İclasdan qabaq bütün iştirakçılar siyahı üzrə
qeydiyyatdan keçməlidirlər.
Dostları ilə paylaş: