51
Xidməti məktublar haqqında
Xidməti məktub -
idarəetmə fəaliyyətinin müxtəlif proseslərində çevik rəhbərlik üçün
məlumatları çatdıran vasitələrdən birinə deyilir. Xidməti məktub idarəetmədə ən geniş yayılmış
sənəddir. Sənədlər ayrı-ayrı idarələr, təşkilatlar və şəxslər arasında əlaqə yaratmaq üçün mühüm
vasitədir. Yuxarı səlahiyyətli orqanların vəzifəli şəxsi tərəfindən göndərilən sənəd hər şeydən
əvvəl sərəncamvcrici xüsusiyyətə malik olur.
Bununla sənədin təsərrüfatçılıq və təşkilatçılıq rolu müəyyən olunur. Budan əlavə məktublar
hüquqi və məlumatverici əhəmiyyətə malikdirlər.
Məzmununa və təyinatına görə sənədlər aşağıdakı qruplara bölünür:
1. Cavabı tələb olunan məktublar: xahiş, müraciət, təklif, tələb və sorğu məktubu.
2. Cavabı tələb olunmayan məktublar: xəbərdarlıq, yadasalma, dəvət, təsdiq, etiraz, rəddetmə,
məlumat, bildiriş, təminat, müşayiət və sərəncam məktubu.
Müəssisələr arasında şifahi danışıqlar çətinliklə aparılırsa, onda rəsmi xidməti məktubdan
istifadə olunur. Ünvanın sayından asılı olaraq məktublar adi (kollektiv) və dövri məktublara
ayrılır. Dövri məktublar bir mənbədən çoxlu tabeçilikdə’ olan instansiyalara göndərilir. Kollektiv
məktub isə bir neçə şəxsdən digər bir ünvana istiqamətləndirilir. Nəzəri cəhətdən dövri - kollektiv
məktublar da mövcuddur. Sadə işgüzar məktublar bir səpkilidir. Bunlar məsələlərin qoyuluşu ilə
əlaqədardır. Elə məktublar var ki, onların məzmunu geniş səpkidə olur.
Məzmun əlamətlərinə əsasən məktublar işgüzar və kommersiya yazışmalarına ayrılır.
Yazışmalar iqtisadi, hüquqi, maliyyə və müəssisənin digər fəaliyyət növü üzrə aparılırsa, onda
bunlar
işgüzar məktublar
adlanır. Əgər yazışmalar material - texniki təchizat və satış üzrə aparılırsa,
onda bunlara
Dostları ilə paylaş: