Sənədlərin icrasına nəzarətin aparılması
Azərbaycan dövlətinin inkişafı tarixindən indiyə qədər kargüzarlığın sənədli hissəsinin
təşkilinə, onların icrasının yoxlanılmasına xüsusi diqqət olmuşdur.
İcra intizamının səviyyəsini qaldırmaq üçün normativ aktlarda bunlar göstərilir:
-
qəbul olunan qərarların hazırlanması keyfiyyətinin yaxşılaşdırılması;
-
təkrar əmrlərin, qərarların və digər eyni məsələlər üzrə verilən normativ aktların qarşısının
alınması;
-
xidməti sənədlərin hazırlanması və rəsmiləşdirilməsi mədəniyyətinin-artırılması;
-
lazımsız yazışmaların qarşısının alınması.
^Sənədlərdə olan bütün təklif, tapşırıq və məsələlərin icrasına daim nəzarət edilməlidir. Daxil
və xaric olan, habelə ən mühüm daxili sənədlərin icrası nəzarətə götürülməlidir. Ümumilikdə
qeydiyyatdan keçmiş bütün sənədlər nəzarətə götürülməlidir,
Sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti idarələrin quruluş bölmələrinin
rəhbərləri və onların vəkil etdiyi şəxslər həyata keçirirlər.
Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlar heyətinə və həmin heyətdə xüsusi
olaraq yaradılan nəzarət xidmətçilərinə tapşırılır. Quruluş bölmələrində sənədlərin icrasına
nəzarəti katib, dəftərxana müdiri və ya kargüzarlıq üçün məsul şəxs həyata keçirir.
Xüsusi olaraq aşağıdakı sənədlər nəzarətə götürülür:
a)
icra edilməsi tələb olunan ən mühüm dövlət sənədləri, prezidentin fərmanları, sərəncamları
və dövlət orqanlarının, yuxarı təşkilatların sorğu və tapşırıqları;
b)
idarənin özünün müəyyən etdiyi müddətlərə verilmiş tapşırıqları nəzərdə tutan əmr, göstəriş
və sərəncamları.
İdarə rəhbərliyinin göstərişi ilə digər sənədlər də nəzarətə götürülə bilər. Bunun üçün idarə
rəhbərinin tapşırıqları əsas götürülür.
Sənədlərin icra müddətləri birtipli və fərdi ola bilər. Birtipli icra müddətləri mövcud
qanunvericiliyə uyğun nəzarətə götürülməli olan sənədlərin müəyyən, ən kütləvi kateqoriyaları
üçün tətbiq olunur. Fərdi icra müddəti isə idarə və müəssisə rəhbərləri tərəfindən qoyulur.
Sənədlərin icra müddətlərini təlimata əsasən, təxmini olaraq aşağıdakı müddətlərdə müəyyən
37
etmək olar:
1.
Azərbaycan Respublikası prezidentinin fərmanları və sərəncamları, bunlarda göstərilən
müddətə uyğun olaraq;
2.
Azərbaycan Respublikası Milli Məclisinin qərarları, məktubları, bunlarda göstərilən
müddətə uyğun olaraq;
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, sərəncamları, göstərişləri və
məktubları - 10 gün və ya bunlarda göstərilən müddətədək;
5-7 gün, bunların əsasında qərarlar, əmrlər hazırlanması şərtilə;
4.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclas üçün materialları - 1 -3 gün.
5.
İcra hakimiyyətlərinin qərarları və sərəncamları - bunlarda göstərilən müddətə uyğun
olaraq;
6.
Bələdiyyələrin fəaliyyəti ilə əlaqədar qərarlar, sorğular, ərizə və məktublar, əlavə olaraq
öyrənilməli və yoxlanılmalı olmayan məktublar, bələdiyyə məktubları və sorğuları üzrə - 5
günədək;
8.
Milli Məclis deputatlarının məktubları və sorğuları üzrə - 30 günədək;
9.
İdarə rəhbərinin əmrləri - bunlarda göstərilən müddətə uyğun olaraq.
10.
İdarənin kollegial orqanlarının qərarları - bunlarda göstərilən müddətə uyğun olaraq:
11.
Yuxarı idarələrin və təşkilatların sorğu, tapşırıq və mək- iııbları - 10 gün;
12.
İdarə, təşkilat və müəssisələrin məktubları, həmin idarə ləhbərinin dərkənarı ilə - 10 gün;
13.
Fəaliyyətin əsas məsələlərinə dair xaric olan təşəbbüs məktubları - bunlarda göstərilən
müddətə uyğun olaraq;
14.
Vətəndaşların təklif, ərizə və şikayətləri - 30 günədək;
15.
Teleqramlar, fakslar - 2-5 günədək.
Qalan hallarda sənədlərin icra müddətləri bir qayda olaraq 10 gündən çox olmamalıdır.
Sənədlərin icrasına nəzarət kartoçkalarda və kompüter proqramlarında aparılır. Sənədlər nəzarətə
götürülərkən hazırlanan qeyd kartoçkalarımn əlavə nüsxələrindən nəzarət kartoçkaları kimi
istifadə edilir.
Kiçik idarələrdə nəzarət daxil və xaric olan sənədlərin və daxili sənədlərin qeyd jurnallarında
həyata keçirilir.
Nəzarət kartoçkalarında, habelə nəzarətdə olan sənədlərdə (birinci vərəqin sol kənarında) 20-
38
ci rekvizit nəzarət işarəsi "N" yazılır və ya "Nəzarət" ştampı vurulur, bundan sonra sənəd icraçıya
göndərilir, qeyd kartoçkasınm əlavə nüsxəsi isə nəzarət kartoçkasına qoyulur.
Sənədlərin icrasının gedişi haqqında telefon vasitəsilə icraçı olan quruluş bölməsi yoxlanarkən
alınmış məlumat "Nəzarət qeydləri" qrafasına keçirilir. Bu zaman əvvəlki qeydlərin üstündən xətt
çəkilir.
Vətəndaş təklif, ərizə və şikayətlərinin icrasına nəzarət vətəndaşların məktublarının soyadına
əsasən həyata keçirilir. Sənəd ancaq onda qoyulmuş məsələlər həll olduqda və sənədin müəllifinə
mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır.
Əgər icra sənədləşdirilməmişdirsə, icra haqqında qeyd sənədin özündə, sorğuda və nəzarət
kartoçkasında yazılır. İcra olunduqdan sonra sənədlər nəzarətdən götürülür. Sənədi nəzarətdən
ancaq onu nəzarətə qoymuş şəxs götürə bilər. Bu zaman sənəddə və kartoçkada nəzarətdən
götürülmə barədə qeyd yazılır. Sənədin icrası və nəzarətdən götürülməsi haqqında məlumat
nəzarət kartoçkasına keçirilir və faylda yazılır. Sənədlərin icrası haqqında bütün mə'lumailar
ümumiləşdirilir və təhlil edilir.
Sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat vaxtaşırı təhlil edilir. Təhlil əsasında
sənədlərin icrasını sürət ləndirmək və icra intizamını yüksəltmək, nəzarəti və bütövlükdə
idarəetməni təkmilləşdirmək tədbirləri işlənib hazırlanır. Nəzarət xidməti növbəti əməliyyatları
yerinə yetirir:
-
nəzarətdə olan sənədləri formalaşdırır;
-
konkret icraçılar arasında əlaqə saxlayır;
-
icra haqqında məlumat verir;
-
icranın gedişi haqqında qeydlər edir;
-
sənədlərin icrasının nəticələri haqqında mütəmadi olaraq idarə rəhbərini məlumatlandırır;
-
icra olunmuş sənədləri formalaşdırır.
Aşağıdakı hallarda tapşırıqlar nəzarətdən çıxarılır:
1. Tapşırığın icrası haqqında məlumat məktubunda icraya dərkənar verən rəhbərin razılıq
dərkənarı və ya vizası olduqda;
2. Tapşırığın icrasının rəhbərliklə şifahi danışılınası barədə sənədlərdə və nəzarət vərəqəsində
qeyd yazıldıqda, məsul icraçının imzası olduqda.
Rəhbərlik tərəfindən nəzarətə alınmalı olan və icra müddətləri göstərilməyən tapşırıqlarına
39
aşağıdakı müddətlər ərzində baxılır:
1.
Təcili cavabı tələb olunan sənədlərə on günədək;
2.
Dövlət və ictimai orqanlarda razılaşdırılması tələb olunan sənədlərə bir ayadək;
3.
Baxılmaq üçün dövlət orqanlarına göndərilən sənədlərə bir ayadək;
4.
Öyrənilməli olan dövlət orqanlarından və ictimai orqanlardan əlavə materiallar
istənilməsini tələb edən sənədlərə iki ayadək.
Məsul icraçı icranın müddətini uzatmaq üçün sübutlar gətirərsə, onda icranın müddəti uzadıla
bilər.
Dostları ilə paylaş: |