Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t


Kommersiya sahəsi üzrə sənədlərin növləri



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
634821372-Untitled

Kommersiya sahəsi üzrə sənədlərin növləri 
Müəssisələr arasında əlaqələrin aparılması, xidmətlərin göstərilməsi və satışın tənzimlənməsi 
kommersiya sənədləri əsasında baş verir. Kommersiya üzrə sənədləşmələrlə, satıcı və alıcı 
arasında möhkəm iqtisadi əlaqələr və sövdələşmələr təşkil edilir. Sövdələşmələr normativ hüquqi 
sənədlərə əsaslanaraq aparılmalıdır. Əqdlərin konkret iş üzrə bağlanması tənzimlənməlidir. Bu 
sahələr üzrə yaxşı aparılmış sənədləşmələr müqavilə pozuntularının qarşısını alır. 
Kommersiya sənədləşməsinə aşağıdakılar daxildir. 
-
müqavilələr (kontraktlar); 
-
anbarlara əmtəənin daxil olması ilə əlaqədar sənədlər; 
-
yükdaşıma sənədləri; 
-
kommersiya aktları; 
-
kommersiya fəaliyyəti üzrə maliyyə-bank sənədləri. 
-
Kommersiya əməliyyatlarının qanuni və hüquqi mühafizəsi müqavilə əsasında 
reqlamentləşdirilməlidir. Müqavilə ikitərəfli və yaxud çoxtərəfli sazişdir. Mülki hüqüqların və 
vəzifələrin əmələ gəlməsinə, dəyişilməsinə və yaxud xitam olunmasına yönəldilən sazişlər 


42 
müqavilə (kontrakt) hesab olunur. Müqavilə əməliyyatlarının aparılması Azərbaycan 
Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. 
-
Müqavilənin bağlanmasına ən mühüm şərt tərəflər arasında razılığın əldə edilməsidir. 
Müqavilənin predmeti, dəyəri, müddəti və s. onun əsas şərtləri qəbul olunur. 
-
Müqavilənin bağlanması iki əsas mərhələdən keçir: müqavilə bağlamaq üçün bir tərəf 
təklif irəli sürür (oferta) və o biri tərəf 
həmin təklifi qəbul edir (aksept). Müqavilə ikitərəfli öhdəlik haqqında yazılı razılıqdır. Bu, 
vətəndaşlar, təşkilatlar, idarə və müəssisələr arasında bağlanır. Müqavilənin məzmunu ayrı-ayrı 
bəndlərlə göstərilir. Müqavilə eyni hüquqa malik 2 nüsxədən ibarət tərtib edilir. Müqavilələr 
tərəflərin bir işi yerinə yetirməsini, onların vəzifələrini, məsuliyyətini, qiymətini və vaxtını əks 
etdirir. 
Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmalıdır, o, həm 
tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub, 
faks və şairənin mübadiləsi yolu ilə bağlana bilər. 
Müqavilənin (kontraktın) tərtibi zamanı aşağıdakı rekvizitlər göstərilir. 
1.
Sənəd növünün adı (müqavilə); 
2.
Müqavilənin bağlanması tarixi və yeri; 
3.
Müqavilə bağlayan tərəflərin adları; 
4.
Vəzifələri göstərməklə, müqaviləni imzalayanların vəzifəsi, soyadı və adı; 
5.
Tədarük edilən məhsulun dəqiq adı, miqdarı, zəruri hallarda həm də çeşidi; 
6.
Müqavilənin qüvvədə olmasının ümumi müddəti və tədarük etmə müddəti; 
7.
Keyfiyyəti, zəruri hallarda həm də komplekdiyi, texniki şərtlər, rəsmlər, nümunələr; 
8.
Məhsul taralarda tədarük edilərsə, tara və qablama barəsində tələblər; 
9.
Məhsul üzərində qiymətin göstərilməsi və müqavilənin miqdarı (cəmi); 
10.
Məhsulun kəmiyyət və keyfiyyət qaydası; 
11.
Tədarükçünün (satıcının) alıcıya göndərməli olduğu hesablaşma sənədləri və sair sənədlər, 
həmin sənədlərin göndərilmə müddətləri; 
12.
Tədarükçünün və alıcının ödəmə və poçt şərtləri, məhsulu ahcı qəbul edibsə, həm də onun 
göndərmə şərtləri; 
13.
İmza və möhür. 


43 


44 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin