5
sərf edilir. Mütəxəssislər iş günü ərzində sənədlərlə işləməyə 20-80 faiz vaxt ayırırlar.
Kargüzarlığın təşkili idarəetmə aparatının çevikliyinə, etibarlılığına. idarəetmə işçilərinin
əməyinin təşkilinə və mədəniyyətinə təsir göstərir. Sənədlərin yaranması, yəni onun
hazırlanması, razılaşdırılması, qanuni şəklə salınması kargüzarlığın əsasını təşkil edir.
Kargüzarlıq sənədlərin dövriyyəsini təşkil etməklə yanaşı, onların mühafizəsini də təmin edir.
Sənədlərin tərtibindən başlayaraq icrası başa çatdırılanadək, idarədaxili və idarəxarici hərəkətləri
ilə sənəd dövriyyəsini yerinə yetirir. Sənəd dövriyyəsinin sürəti idarə aparatmdakı kargüzarlığın
təşkilindən çox asılıdır.
İdarələrdə kargüzarlığın aparılması kargüzarlıq xidmətinin əlaqəli qurulması ilə bağlıdır.
Bunün üçün o, mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş və qarışıq sistemdə aparıla bilər.
Quruluş bölmələrinin sayı az və dövriyyə ildə 500-600-dək sənəd olduqda köməkçi və texniki
əməliyyatlar mərkəzləşdirilmiş formada aparılır. Sənədlər üzərində əməliyyatların gedişi ancaq
idarənin ümumi şöbəsində və ya belə səlahiyyətə malik olan bölmələrdə cəmlənir.
Mərkəzləşdirilməmiş kargüzarlıq əməliyyatları idarələrdə şöbələr üzrə icra edilir. Quruluş
bölmələri ayrı- ayrı ərazilərdə yerləşdikdə qarışıq forma tətbiq edilir.
Mərkəzləşdirilməmiş kargüzarlıq əməliyyatları zamanı yazışmaların qəbulunu və
göndərilməsini, sənədlərin ilkin qaydada quruluş bölmələrinə paylanmasını dəftərxana və ya
ümumi şöbə həyata keçirir. Quruluş bölmələrində sənədlər qeydə alınır, rəsmi şəklə salınır, işlər
formalaşdırılır və qovluqlarda saxlanılır.
Quruluş bölmələrinin özləri arasında xidməti yazışma məsləhət görülmür. İdarə və ya
təşkilatın fəaliyyəti xüsusi sənəd növlərində öz əksini tapır.
^İdarələrdə kargüzarlıq əməliyyatlarının aparılması xüsusiyyətləri üzrə kargüzarlıq iki növə
bölünür:
Dostları ilə paylaş: