13
Sənədlərlə iş funksiyasını mühasiblər, iqtisadçılar, kadrlar üzrə müfəttişlər və digər
mütəxəssislər yerinə yetirilər. Əlbəttə, sənədləşdirmənin əsasını və təşkilini bacarmaq bütün
idarəedən işçilər üçün vacibdir.
Sənəd idarəetmənin bütün mərhələləri və təsərrüfatın idarə edilməsi üçün məlumat
mənbəyidir. İdarə, müəssisə və təşkilatın fəaliyyəti zamanı müxtəlif hadisələrin və faktların qeyd
olunması və saxlanılması zərurəti meydana çıxır. Bu məqsəd üçün müxtəlif məlumat
daşıyıcılarından istifadə olunur.
Məlumat daşıyıcılarının içərisində ən çox yayılanı kağız üzərində tərtib olunmuş mətnli
sənədlərdir. Bunlar idarəetmənin təşkilində və təkmilləşdirilməsində mühüm rol oynayırlar. Bu
da həmin sənədlərdə qeyd olunan məlumatın əhəmiyyətliliyi ilə müəyyən edilir.
Kağız üzərində həkk olunmuş məlumatlardan uzun müddət ərzində istifadə etmək olar.
Sənədlər müxtəlif idarə və təşkilatlar, ayrı-ayrı şəxslər arasında əlaqə yaradır. İşlərin uçotunu
saxlayan və hüquqi əhəmiyyətə malik olan sənədlər məhkəmə və istintaq orqanlarında, habelə
təsərrüfatın bütün sahələrində əsas mənbə kimi istifadə edilir. B.unlar idarəetmə işlərinin
əlaqələndirilməsində ünsiyyətin yaradılması vəzifəsini yerinə yetirirlər. Beləliklə, kağızda, kino,
foto, disk və səs yazılarında hazırlanan sənədlər müəyyən fakt və hadisələrin, insan zəkasının
fəaliyyətini əks etdirən məlumatların mənbəyi hesab olunurlar. Sənədlər dövlət, ictimai və şəxsi
həyat hadisələrinin, faktların təsbit olunmasıdır.
Dostları ilə paylaş: