Mühazirə: 0 saat Məşğələ: 30 saat Kredit sayı: m ü n d ə r I c a t



Yüklə 454,79 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix14.12.2023
ölçüsü454,79 Kb.
#176713
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   35
634821372-Untitled

Sənəd formaları 
müəyyən qaydada tərtib olunmuş, hüquq normasına cavab verən, özündə 
müəyyən məlumatı əks etdirən yazılardır. Sənəd növlərinin köməyi ilə idarə və təşkilatın bütün 
fəaliyyətini təhlil etmək olar. Bu ona görə mümkündür ki, idarə və təşkilatların bütün fəaliyyətləri 
sənədlərdə əks olunur. 
Sənədləşmə prosesi sənədləşmə prinsiplərini özündə birləşdirir və bunlar aşağıdakılardan 
ibarətdir: 
1.
 
Məqsədəuyğunluq prinsipi - 
lazım gəlməyən sənədlərdən idarəetmədə istifadə 
edilməməsi; 
2.
 
Etibarlılıq prinsipi - 
hər bir sənədin obyektiv informasiyalar. göstəricilər, faktlar əsasında 
tərtib edilməsi; 
3.
 
Kifayətlilik prinsipi - 
sənəddə məlumatların tərkibi və həcminin qənaətbəxş olması, 
idarəetmə obyekti haqqında fikir yürütmək, zəruri olduqda sənədlər vasitəsilə ona təsir etmək 


14 
üçün kifayətləndirici olması; 
4.
 
Sistemlilik prinsipi - 
sənədlərin hazırlanmasında vahid sistemli tələblərə əməl olunması; 
5.
 
Çeviklik prinsipi - 
qabaqcadan təyin olunmuş yollarla və əks əlaqə formalarında sənədlərin 
ləngimədən, konkret müəyyən olmuş vaxtlarda çevik icraya yönəldilməsi. Əks halda bu 
idarəetmə qərarlarının keyfiyyətinə mənfi təsir göstərə bilər. 
Sənəd növləri sənəd kimi insanların həyat və fəaliyyətində böyük rol oynayır. Öz əhəmiyyətinə 
görə də sənədin hazırlanması siyasi, tarixi, hüquqi, elmi, iqtisadi, istehsal-texniki, sosial 
əhəmiyyətə malikdir. Sənəd növlərində dövlət orqanlarının və hökumətin qəbul etdiyi qərarlar öz 
əksini tapır, bunlarin da icrası idarəetmə aparatında həyata keçirilir. 
İdarə, müəssisə, şirkət və təşkilatın fəaliyyətinin nəticələri idarəetmə sənədlərində öz əksini 
tam tapmalıdır. Sənədlərlə işin yüksəldilməsi, kompüterlərdən istifadə etmə, idarəetmənin 
avtomatlaşdırılması, daxili və xarici ticarət əlaqələrinin genişləndirilməsi, həm də və- təndaşlann 
bu işlərdə fəal iştirakından ötrü, sənədlərdən istifadə etmə bacarığı təmin edilməlidir. Belə bir 
şəraitdə rəhbərlik üçün qəbul olunmuş qərarlar, təşkilati - sərəncamverici sənədlər, son nəticəni 
göstərən digər sənədlər obyektiv və məqsədəuyğun olmalıdır. 
Düzgün hazırlanmamış, əsaslandırılmamış, idarəetmənin xüsusiyyətlərində zaman, məkan və 
şərait nəzərə alınmadan, işin kim tərəfindən yerinə yetirilməsi göstərilmədən tərtib edilmiş 
sənədlər idarəetmə işinin çevikliyinə təsir edir. 
İdarəetmə fəaliyyətində sənədləşdirmənin təkmilləşdi- rilməsinin əsas istiqamətləri 
aşağıdakılardır. 
1.
İdarəetmə aparatında sənədləşmə üzrə işin səmərəliləşdiril- məsi. Buna nail olmaq üçün bu 
tədbirlər görülməlidir; 
-
sənədləşmə xidməti dəqiq qurulmalıdır; 
-
şöbələrlə sənədləşmə xidməti arasında düzgün əlaqələr təşkil olunmalıdır; 
-
işçilərin hüquq və cavabdehliyinin təyini, əsasında onların başqa işçilərlə qarşılıqlı əlaqələri 
müəyyənləşdirilməlidir; 
-
iş mədəniyyəti və ixtisas səviyyəsi artırılmalıdır; 
-
iş şəraiti və iş yerləri səmərəli təşkil edilməlidir. 
2.
Sənədlərin vahid formasının hazırlanması əsasında sənəd axınının ixtisarlaşdırılması. 
3.
Sənədlərin icrasına nəzarətin texniki təminatı. 


15 
4.
Sənədlər üzrə məlumat-axtarış sisteminin kompüterlərlə aparılması. 
5.
Sənədlərlə işləmədə tam texniki vasitələrdən istifadə edilməsi. 
Sənədlər icra olunduqdan sonra onların saxlanılması və mühafizəsi təmin olunmalıdır. 
Sənədlər özləri də daimi və müvəqqəti saxlanılan sənədlərə bölünür. 

Yüklə 454,79 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin