56
Məhkəmənin arxivinə daxil olan
işlərin və digər materialların
siyahısı
Arxivə təhvil verilən işlərin və materialların qovluqlarında, ‘həmçinin uçot-statistika
kartoçkalarında və ya qeyd jurnalında işin arxivə təhvil verilməsi barədə siyahı üzrə arxiv
nömrəsi qoyulur və siyahının öz nömrəsi də göstərilir. Məhkəmə işləri arxivdə illər və nömrələr
üzrə saxlanılır.
Məhkəmənin dəftərxana müdiri dəyişdirildikdə işlər məhkəmənin sədrinin iştirakı ilə təhvil
verilir və qəbul edilir. İşlərin qəbulu və təhvili aktla rəsmiləşdirilir. Aktda aşağıdakılar göstərilir:
1.
Kargüzarlığın ümumi xüsusiyyətləri, uçotun, hesabatın və
arxivin vəziyyəti;
2.
Məhkəmədə aparılan jurnalların, kitabların adları;
3.
Hər bir kartoçka, kitab və jurnalın nömrələnmiş vərəqələrinin sayı;
4.
İcra edilməmiş sənədlər və baxılmamış işlər;
5.
Arxivdə olan bütün sənədlərin, cinayət və mülki işlərin sayı;
6.
Maddi sübutların jurnaldakı siyahısı üzrə faktiki mövcudluğu.
Qəbul və təhvil aktı iki nüsxədə yazılaraq imza etdirilir. Bir nüsxə məhkəmədə qalır, ikinci
nüsxə isə müvafiq orqana göndərilir.
57
Qovluqların formalaşdırılması
və arxivə təhvil verilmək üçün hazırlanması
Qovluqları düzgün formalaşdınnaq, sənədlərin tez tapılmasını təmin etmək məqsədi ilə hər il
idarələrdə işlərin nomenklaturasının siyahısı tərtib edilir. İşlərin ümumi nomenklaturalarını
ümumi şöbə idarənin və şöbələrin təkliflərini nəzərə almaqla tərtib edir. İcra .edilmiş sənədlər
ümumi şöbənin tərtib etdiyi işlərin nomenklaturasına uyğun olaraq quruluş bölmələri tərəfindən
qovluqda formalaşdırılır. Bu idarə sənədlərinin təsnifat formalarından biridir.
Təlimatlar və VDK.S uyğun olaraq, müəyyən olunmuş qaydada
rəsmiləşdirilən və təsdiq
edilən, təşkilatlarda saxlanma müddəti göstərilməklə işlərin adlarının siyahısının
sistemləşdirilməsinə işlərin nomenklaturası deyilir. Başqa sözlə desək, idarənin,
yaxud onun
quruluş bölməsinin qarşıdakı il üçün işlərin konkret adlarından ötrü tutduğu siyahılar işlərin
nomenklaturasıdır. İşlərin nomenklaturası onların düzgün rəsmiləşdirilməsi və uçotu üçün tərtib
olunur. Qovluğu arxivə verməzdən əvvəl müfəttiş aşağıdakıları yerinə yetirir:
1.
Qovluqda sənədlərin mövcudluğunu yoxlayır;
2.
Qovluqda işə tikilməli sənədlərin hamısının təlimata uyğun surətdə alındıqlarını yoxlamalı
və qeydə alınmamış sənədlər aşkar edildikdə onları qeydə almalı;
3.
Qovluqda sənədlərin düzgün yerləşməsini yoxlamalı;
4.
Bölmələr üzrə tikilmiş işlərin siyahısında bölmələrin adlarının tikilmiş sənədlərə uyğun
gəlib-gəlmədiyini yoxlamalı;
5.
Sənədləri nömrələməli;
6.
Üz qabığında bölmələrin siyahısını təsdiqləyən imza qoymalı;
7.
Nömrələnmiş vərəqələrin sayını rəqəmlə
və sözlə göstərməli;
8.
Ara qatlarını və digər əşyaları sənədlərdən çıxarmalı;
9.
Arxivə təhvil vermək üçün bölmələrin siyahısının birinci səhifəsinə "Arxivə" sözü yazılmış
ştamp vurmalı. ,
Növbəti ilə keçən işlər istisna olmaqla bir ilin bütün sənədləri qovluqda formalaşdırılır.
Qovluqda vərəqələrin sayı 200-250-dən çox olmamalıdır. Sənədlər qovluğa bir nüsxə də tikilir.
Sənədlər məzmun və fəaliyyət dərəcələrinə görə nomenklaturaya uyğun surətdə (cildlərdə)
formalaşdırılır.
58
Təlimata uyğun olaraq, işlərin nomenklaturaya əsasən formalaşdırılması sənədlərin icra yeri
üzrə struktur bölmələrində həyata keçirilir. Bu zaman sənədlərin icraçıda saxlanmasına yol
verilmir.
/'‘Sənədlərin formalaşdırılmasının əsas tələblərindən biri daimi
və
müvəqqəti saxlanan
sənədlərin ayrı-ayrılıqda işlərdə qruplaşdırılmasından ibarət olmasıdır^,
İşlərin nomenklaturasında
sənədlərin təsnif edilməsi, işlərin düzgün rəsmiləşdirilməsinə,
sənədlərin, məzmunu üzrə tez axtarılmasının təmin edilməsinə və növlərinin
müəyyənləşdirilməsi-
no,
saxlanmasına, uçotuna zəmanət verir. İşlərin nomenklaturası
aşağıdakılara bölünür:
1.
Birtipli nomenklatura eyni xüsusiyyətli fəaliyyət növünə malik olan və eyni strukturalı
müəssisələr üçün tərtib edilir.
2.
Nümunəvi iş nomenklaturaları eyni fəaliyyət xüsusiyyətli müxtəlif strukturalar üzrə, onların
indeksləri göstərilməklə köməkçi xarakteri daşıyır.
3.
Fərdi nomenklaturalar konkret müəssisələr üçün hazırlanılır.
İşlərin nomenklaturasını hazırlayarkən bir sıra ümumi tələblər işlənilməlidir:
-
bütünlükdə işlərin nomenklaturası müəssisənin və onun struk tur
bölməsinin sənədləşmə
üzrə bütün fəaliyyət sahəsini əhatə etməlidir;
-
işlərin nomenklaturasına daxil olan adlar iş başlığına aid olma lıdır;
-
işlərin nomenklaturasını hazırlayanda sənədlərin saxlanma müd dətləri nəzərə alınmalıdır;
-
nomenklaturada sənəd adları ardıcıllıqla düzülməlidir.
İşlərin nomenklaturası müəyyən edilmiş formada hazırlanılır, müvafiq dövlət arxivi ilə
razılaşdırılır, idarənin rəhbəri tərəfindən təsdiq edilir. O cümlədən nomenklatura struktur sxemi
üzrə fəaliyyət istiqamətləri üzrə hazırlanılır.
İşlərin başlıqları idarələrin iş sahələri üzrə formalaşdırıbı Bunlara
başlanan işin növü, sənəd
növünün adı, sənədlərin müəllifi, məlumat sənədləri, sənədin əslinin və surətinin olmasının
göstərilməsi və s. daxil edilir.