Nizamlanmış cədvəldə axtarış (Nizaxtar alqoritmi)
Başlanğıc təyinat. i:=1;
Müqayisə. Əgər k<=ki olsa, 4-cü mərhələyə keçməli.
İrəli hərəkət. i:=i+1 qəbul edib 2-ci mərhələyə keçməli.
Açarlar bərabərdirmi? Əgər k=ki, Ri-ni cavab kimi çıxarmalı, əks halda Axtarılan yazı yoxdur məlu matını çıxarmalı.
Son. Alqoritmi bitirməli.
Binar axtarış metodu
Nizamlanmış cədvəldə ən səmərəli axtarış metodlarından biri binar axtarışdır. Buna həmçinin dixotomik və ya ikiyə bölməklə axtarış da deyilir. Binar axtarış metodunun mahiyyəti belədir. Nizamlanmış yazılar 2 bərabər hissəyə bölünür. Verilmiş k açarı ortadakı yazının açarı ilə müqayisə olunur. Nəticədə sonrakı axtarışın cədvəlin hansı yarısında aparılacağı müəyyənləşdirilir. Sonra ikiyə bölmə və müqayisə prosesi seçilmiş hissə üçün davam etdirilir. Beləliklə log2 N addımdan sonra axtarış uğurla və ya uğursuz qurtarır. Bu metodda bəzən loqarifmik axtarış metodu da deyilir.
Binar axtarış alqoritmi ( Binar alqoritmi)
Bu alqoritm vasitəsilə yazıları ( R1, R2,..., Rn ) açarların K12<....n ardıcıllığı ilə düzülmüş cədvəldə k açarına görə yazının axtarışı aparılır. Alqoritmdə iki göstəricidən istifadə olunur. l və u . l- axta rışın yuxarı, u- aşağı sərhəddini göstərir.
Başlanğıc təyinat.
l:=1; u:=N
Ortanın tapılması.
u
Müqayisə. Əgər ki olsa 4-cü mərhələyə, k>ki olsa, 5-ci mərhələyə keçməli. k=ki halında baxılan
yazını çıxarmalı, 6-cı mərhələyə keçməli.
u-nun dəyişdirilməsi.
u:=i-1 qəbul edib, 2-ci mərhələyə keçməli.
l-in dəyişdirilməsi.
l:=i+1 qəbul edib, 2-ci mərhələyə keçməli.
Son. Alqoritmi qurmalı.
Dostları ilə paylaş: |