Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Mühazirə 3 Xətti statik strukturlar.Əsas anlayışlar Ardıcıl strukturlu verilənlər



Yüklə 0,95 Mb.
səhifə6/44
tarix29.04.2023
ölçüsü0,95 Mb.
#104595
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   44
C fakepathmu hazir struktur

Mühazirə 3
Xətti statik strukturlar.Əsas anlayışlar
Ardıcıl strukturlu verilənlər

Elementlərin məntiqi ardıcıllığı onların fiziki ardıcıllığı ilə ardıcıl strukturlu verilənlərdə uyğun gəlir. Bu tip strukturlara yazı, vektor, cədvəl, massiv misal ola bilər. Statik strukturlarda elementlər arasındakı əlaqələr və onların sayı dəyişmir.


Vektor. Birölçülü massiv vektor adlanır. Vektorlarda fiziki strukturla məntiqi struktur eynidir. Vektorların məntiqi strukturu belədir: {B1, B2, B3, B4, B5}
B [ 3] – B massivinin 3-cü elementidir, B[ 3] indeksli dəyişəndir. Dəyişənin indeksli adi dəyişəndən fərqi yoxdur. Vektorda elementin tipi onun elementlərinin qiymətlərini və onlar üzərində aparılan əməliyyatları təyin edir. Əməli yaddaşda B adlı vektor belə yazılır :
ƏY

B1

B2

B3

B4

B5




Şəkil 1.5. Əməli yaddaşda B adlı vektor


Massiv. Massiv verilənlərin elə bir struktu­ru­dur ki, sabit ölçülü, bircins, nömrələrinə görə ni­zam­lanmış elementlərdən təşkil olunub. massiv ölçüsü və identifikatoru (adı) ilə təyin olunur.
Massiv hər bir elementi ayrıca bir vektor olan vektordur. Məsələn, vektorlardan ibarət vektor- 2 ölçülü massiv, vektorlar vektorlarının vektoru 3 ölçülü massiv və s.
Massivin fiziki və məntiqi strukturu bir – birindən fərqlənir. Məsələn, ikiölçülü massivin məntiqi strukturu matrisdir. Üçölçülü massivin məntiqi strukturu isə kubdur.


Şəkil 1.6. M(1..4;1..5) adlı massivin fiziki və məntiqi strukturu

Məntiqi strukturu fiziki struktura çevirmək üçün aşağıdakı düsturdan istifadə olunur:


A = Ab + ( i – 1 ) n + j
Burada, n - sütunların sayı, i-sütunun , j-isə sətrin nömrəsi, Ab –massivin birinci elementinin yerləşdiyi yerdir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin