Mühazirə 8
QEYRİ-XƏTTİ DİNAMİKİ STRUKTURLAR
Çoxəlaqəli siyahı strukturları
Bir əlaqəli siyahı həmişə xəttidir. İki əlaqəli siyahı isə xətti olmaya da bilər. Ümumi halda nəzər salsaq əlaqələndirilmiş siyahının hər bir elementiləriningöstəriciləri istənilən sayda ola bilər. Fərqli elementlərdə göstəricilərin sayı fərqli ola bilər. Nəticədə isə çox əlaqəli siyahı strukturu alınır. Belə strukturda hər element göstəricilərin sayı qədər bir əlaqəli siyahılara daxil olur. Ədəbiyyatda çox əlaqəli siyahılara həmçinin multi siyahılar və ya plekslər da deyilir. Bəzi ədəbiyyatda çox siyahılı assosiyativ strukturlar ifadəsi işlədilir, belə siyahıların elementlərinə isə assosiyativ qovşaqlar deyilir.
Sadə hal üçün çox əlaqəli siyahıların hər elementində eyni sayda göstərici qeyd olunur. Amma praktiki olaraq bu göstəricilərdən çoxları boş olur. Daha yığcam hal üçün elementlərin ölçüsü dəyişən olur və burada hər bir elementin yalnız qiyməti olan göstəriciləri yazılır. Bu hala baxsaq- göstərici 2 hissədən ibarət olur: elementin başlanğıc və göstəricinin nisbi ünvanı.
Siyahının başlanğıc və son göstəriciləri onun aşlığında qeyd olunur. Yeni elementlər başqa hallar olmadıqca siyahıların sonuna birləşdirilir. Başlanğıc göstəricidən axtarış aparmaq üçün, son göstəricidən isə yeni elementin daxil edilməsi üçün istifadə olunur.
Başlıq qrup 613.6
Şəkil 4.1. Çoxəlaqəli siyahı strukturunun məntiqi strukturu
Şəkil 4.2. Çoxəlaqəli siyahı strukturunun fiziki sxemi
Burada, es-elementlərin sayı , ə1-əlamət 1.
Çoxəlaqəli siyahılardan yalnız yazıların bir neçə müxtəlif verilənə görə paralel axtarışının təşkilində geniş istifadə olunur.
Axtarış belə aparılır:
Müəyyənləşdirilmiş axtarış əlamətlərinə görə siyahı başlıqlarından siyahıların başlanğıc göstəriciləri müqayisə üçün seçilir. Bu göstəricilər əvvəl öz aralarında bərabərliyə görə yoxlanılır. Onların qiymətlərinin uyğun gəlməsi həmin göstəricilərin bərabərliyi ilə təyin olunur. Həmin yazı çapa çıxarıldıqdan sonra axtarışı bitirmək və ya davam etdirmək olar. əks halda, göstəricilərin bir-birilə uyğun gəlmədiyi halda göstəricilərin ünvanlaşdırdıqları elementlərdən növbəti-next göstəriciləri götürüb, təkrarən müqayisə əməliyyatı aparılır. Əgər gələcək addımda göstəricinin qiyməti SS olursa, axtarış dayandırılır.
Çox siyahılı strukturların xəttiləşdirilməsi axtarışın səmərəliliyini artırmaq üçün məqsədə uyğundur.
Bu strukturlara yeni elementin daxil edilməsi siyahının sonundan aparılır. Yeni ki, element yaddaşda formalaşmadan sonra onun ünvan göstəricisi yazının əlamətlərinə uyğun siyahıların son elementlərinə köçürülür. Bu elementlərin ünvan göstəriciləri isə siyahıların başlıqlarında da son elementlərin göstəriciləri uyğun sürətdə dəyişdirilir. Yeni elementdə isə ünvan göstəriciləri yerində SS kodu yazılır.
Elementin strukturdan xaric edilməsi isə belə aparılır:
Əvvəlcə bilavasitə verilmiş ünvan göstəricisinə və axtarış əlamətlərinə ya görə bütün elementlər arasından xaric edilməli olan element tapılır. Həmin elementdəki ünvan göstəriciləri uyğun siyahıların əvvəlki elementlərindəki göstəricilərin yerində yazılır. Xaric olunan element isə boş elementlər siyahısına daxil edilir.
Çoxəlaqəli strukturların ən ümumi forması olan şəbəkə strukturu aşağıda qeyd olunmuş xassələrə malik çoxəlaqəli struktura deyilir.
Strukturun hər bir elementi digər elementlərlə ixtiyari sayda əlaqəsi vardır.
Hər bir element ixtiyari sayda başqa elementlərlə əlaqə saxlaya bilər.
Strukturda hər bir əlaqə yalnız istiqamətə deyil, həm də çəkiyə malikdir.
Dostları ilə paylaş: |