VB –də ilk yaradılan və tətbiq edilən modeldir. Bu klassik modelin bir növüdür. İyerarxik model – ağacvari strukturludur. Bu strukturun müsbət cəhəti axtarışın sürətli aparılması, mənfi cəhəti isə strukturdan verilənlərin silinməsinin çətin olmasıdır.
Iyerarxik model verilənlərin nizamlı qraf (və ya acac) şəklində təsvirinə əsaslanır. Qrafladiaqramındadüyünlər (təpələr) mahiyyətlərin tipini, budaqlar isə mahiyyətlər arasındakı əlaqələri əks etdirir. Iyerarxik modelin məhdudluqları bunlardır:
- əlaqələr acacvari struktura malikdirlər
- əlaqələrin bütün tipləri funksional xarakterlidir (1:1,1:M, M:1);
Verilənlər arasında VB-də 1 : 1 ( birin –birə ), 1 : M ( birin – çoxa ), M : 1 ( çoxun – birə ), M : N ( çoxun - çoxa ) əlaqələri yaradılmalıdır.
İyerarxik modeldə isə yalnız 1 : 1 və 1 : M əlaqələri mövcuddur.Bu modelin digər çatışmamazlığı M : N əlaqəsinin mövcud olmamasıdır.Elə bu çatışmamazlığa görə iyerarxik modeldən demək olar ki, heç istifadə edilmir.Vaxtilə bu model əsasında IMS adlı sistem qurulmuşdur.
Verilənlər bazasının əlaqələr sxemini əks etdirən qraf-diaqram təyinat acacı adlanır. Əgər verilənlər ilkin olaraq acacvari struktura malikdirsə, iyerarxik modelin tətbiqində heç bir problem yaşanmır. Lakin acacvari strukturdan fərqli olan strukturların təsviri üçün modelə əlavə köməkçi vasitələrdaxil edilməlidir. Iyerarxik modeldə strukturdəyişikliklərinin edilməsi, ələlxüsus altacacların acaca əlavə edilməsi və ya acacdan kənarlaşdırılması böyuk çətinliklərlə əlaqədardır.
Iyerarxik modelin proqramlaşdırmadilində təsviri üçün «acac» («tree») adlı verilənlər tipindən istifadə olunur. «Acac» tipi PASCALdilində «yazı» («record») tiplərinə, C və PL/1dillərində isə «struktur»a, oxşardır. Burada tiplərin bir-birinədaxil olması, yəni iç-içə tiplər mövcuddur.
«Acac» tipi tərkiblidir. O, altacaclardan («alttiplərdən») ibarət ola bilər, hər bir altacac isə öz növbəsində «acac» tiplidir. Hər bir «acac» tipi bir ədəd əsas tipdən və nizamlıdəstdə tabeli tiplərdən (onların içində boş tipdə ola bilər) ibarətdir. «Acac» tipinədaxil olan hər bir tip sadə və ya tərkibli «yazı» tipi ola bilər. Sadə «yazı» bir tipdən (məs., tam), tərkibli «yazı» bir neçə tipin (məs., tam və simvol) birləşməsindən ibarət olur.
Tabeli tiplərə malik olan və özü alttip olmayan tipə baş tipdeyilir. Tabeli tip valideyn tipinin törəməsi hesab olunur. Eyni tipin törəmələri bir-birinə münasibətdə əkizlər hesab olunur.
Ümumiyyətlə, «acac» tipi «yazı» tipinin iyerarxik təşkil olunmuşdəstindən ibarətdir. Iyerarxik VB-nin yazılarına baxış yuxarıdan kökdən aşacıya aparılır.
VBİS «Acac» tipinin təyinatına uycun olaraq valideyn və törəmələr arasında əlaqələrin tamlıcına avtomatik nəzarəti təmin edir.
Belə modelli VBIS-lərin sayı çoxdeyil. Onlara misal olaraq PC/Focus, Team-Up,data Edge, IMS və onun əsasında yaradılmış OKA sistemlərini göstərmək olar.