j=1,2,.....,n-j üçün aşağıdakıları yerinə yetirməli.
Əgər Kj+1j, onda AL:=1
L:=Rj Rj:=Rj+1 Rj+1:=L
Yerdəyişmə əlamətinin yoxlanması.
Əgər AL=0 olarsa alqoritmi bitirməli.
Son. Alqoritmi qurtarmalı.
Müqayisə və yerdəyişmə dövrünün əvvəlində yerdəyişmə əlamətinə AL sıfır mənsub edilir, dövrün sonunda isə onun qiyməti yoxlanılır. Əgər bu qiymət dəyişməyibsə, deməli çeşidləmə qurtarıb. Qabarcıq üsulunda da müqayisələrin və yerdəyişmələrin maksimum sayı
1/2n(n-1)-ə bərabərdir.
Yerinə salmaqla çeşidləmə
Sadə çeşidləmə üsullarından biri də əvvəlcədən nizamlanmış şərti ardıcıllıqda sonradan baxılan yazını açarın qiymətinə görə uyğun yerə salmaqla çeşidləmədir.
Fərz edək ki, Rj,.....,Rj-1 yazıları nizamlıdırlar. Baxılan Rj yazısı açarın qiymətinə görə bu yazıların arasında uyğun yerə salınır. Kj açarını növbə ilə Kj-1, Kj-2,...., açarları ilə müqayisə edib, Rj yazısının Ri və Ri+1 yazıları arasına salınmasını təyin etdikdən sonra Ri+1,......,Rj-1 yazılarını bir mövqe qədər yuxarı sürüşdürüb, yeni yazını i+1 mövqeyində yerləşdiririk. Bu əməliyyat cədvəlin bütün yazıları baxılanadək davam etdirilir.
Yerinə salmaqla çeşidləmə alqoritmi (Versal alqoritmi)
Xarici dövrün hazırlanması. J=2,3,....,n üçün 2-5 mərhələlərini icra etməli və sonra 6-ya keçirməli.
Daxili dövrün hazırlanması.
i=j-1 k:=kj R:=Rj Sonrakı addımlarda i-nin azalma ardıcıllığı ilə k və ki müqayisə edilməklə R lazımi yerə salınır.
k və ki-nin müqayisəsi Əgər k>=ki onda 5-ci addıma keçməli.
Ri-ni sürüşdürməli, i-ni azaltmalı.
Ri+1:=Ri i:=i-1
Əgər i>0 olarsa 3-cü addıma qayitmalı.
Əgər i=0 olsa, onda k açarların içərisində ən kiçiyidir, odur ki, R 1-ci mövqedə yerləşdirilir.
Yazının yerinə salınması.
Ri+1:=R 1-ci addıma qayıtmalı.
Son. Alqoritmi bitirməli.
5-ci yazı emal olunduqda onun açarı orta hesabla ½ sayda nizamlanmış açarlarla müqayisə olunur. Odur ki, müqayisələrin ümumi sayı təxminən