Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Birləşmə metodu ilə çeşidləmə



Yüklə 0,95 Mb.
səhifə33/44
tarix29.04.2023
ölçüsü0,95 Mb.
#104595
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   44
C fakepathmu hazir struktur

Birləşmə metodu ilə çeşidləmə

Bu metodun əsasını iki nizamlı massivin (faylın) birləşdirilməsi nəticəsində bir nizamlı massivin (faylın) alınması təşkil edir.


Metodun mahiyyəti. Fərz edək ki, x və y artan ardıcıllıqla nizamlanmış massivlərdir. Onların birləşdirilməsindən nizamlı z massivi yaradılmalıdır. Birləşdirmə x və y massivlərinin elementlərini növbə ilə z massivinə yerləşdirilməsi ilə aparılır. X və Y massivlərinin elementləri cüt-cüt müqayisə olunur və kiçiyi növbəti element kimi z-ə göndərilir. Müqayisə üçün növbəti element seçilmiş elementin aid olduğu massivdən götürülür. Aydındır ki, z massivinin uzunluğu x və y massivlərinin uzunluqlarının cəminə bərabərdir.
Birləşmə metodu ən çox fayl strukturları üçün, yəni xarici çeşidləmədə istifadə olunur.


Birləşmə ilə çeşidləmənin alqoritmi (Birləşmə alqoritmi)

Bu alqoritmi iki nizamlı x1<=x2<=….<=xm və y1<=y2<=…<=yn massivin bir z1<=z2<=….<=zm+n nizamlı massivdə birləşməsini təmin edir.


1. Başlanğıc təyinatlar.
i:=1; j:=1; k:=1 qəbul etməli.
2. Kiçik elementin təyini.
Əgər xi<=yj olsa 2-ci mərhələyə, əks halda 5-ci mərhələyə keçməli.

3. xi-ni çıxarmalı.


zk:=xi; k:=k+1; i:=i+1 Əgər i<=m olsa, 2-ci mərhələyə qayıtmalı.

4. y massivinin bütün elementlərini z-ə köçürməli.


zk:=yj; zk+1:=yj+1; ….; zm+n:=yn; 7-ci mərhələyə keçməli.
5. yj-ni çıxarmalı.
zk:=yj; k:=k+1; j:=j+1; Əgər j<=n olsa , 2-ci mərhələyə qayıtmalı.
6. x massivinin bütün elementlərini z-ə köçürməli.
zk:=xi; zk+1:=xi+1 ;….; zm+n:=xm;
7. Son. Alqoritmi qurtarmalı.
EHM-lə çeşidləmə üçün nəzərdə tutulmuş bu alqoritmi ilk dəfə Fon Neyman vermişdir.

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin