Mühazirə 1 Giriş Əsas anlayışlar. "Məlumat"


Verilənlərin çeşidlənməsi və axtarışı



Yüklə 0,95 Mb.
səhifə29/44
tarix29.04.2023
ölçüsü0,95 Mb.
#104595
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
C fakepathmu hazir struktur

Verilənlərin çeşidlənməsi və axtarışı

Çeşidləmə və axtarış verilənlər üzərində ən çox aparılan əməliyyatlardır. Bu əməliyyatların səmərəli alqoritmlərini yalnız verilənlər yaxşı strukturlaşdırıldıqda qurmaq mümkün olur.


Aşağıda baxılan metodlar yalnız əməli strukturlara tətbiq edilə bilər. Odur ki, həmin metodlara çox vaxt daxili çeşidləmə və axtarış metodları deyilir.


6.1. Çeşidləmə metodları

Çeşidlənən verilənlər istənilən əməli struktura malik ola bilərlər. Massiv, cədvəl, stek, növbə, dek, siyahı, ağac. Baxılan metodlar üçün hansı strukturlardan istifadə edilməsinin prinsipal əhəmiyyəti yoxdur. Əsas o götürülür ki, çeşidlənən verilənlər ardıcıl verilənlərdən ibarətdir. Hər bir element skalyar və ya yazı şəklində istifadə oluna bilər. Hər bir yazı açarla birmənalı təyin olunur.


Çeşidləmə əməliyyatı nəticəsində yazılar açarların qiymətlərinə görə nizamlı qaydada düzülür. Açar ədəd olduqda yazılar açarların qiymətlərinin artan və ya azalan ardıcıllığı ilə nizamlanır. Açar simvol tipli olduqda isə nizamlama adətən əlifba qaydası üzrə aparılır. Lakin bu halda da çeşidləmə əməliyyatı açarı təşkil edən simvolların kodlarına görə aparılır. Aşağıda baxılan metodlarda açarların ədəd tipli olduğu nəzərə alınır.
Baxılan metodların çoxunda çeşidlənmə zamanı yazılar cədvəlin bir yerindən digərinə köçürülür. Yazıların uzunluğu böyük olduqda bu əməliyyat baha başa gəlir. Bu çatışmazlığı aradan qaldırmaq məqsədilə cədvəli əlaqələndirilmiş siyahı şəklində təsvir etmək və ya yazıların ünvan göstəricilərindən istifadə etmək olar.


Seçmə üsulu ilə çeşidləmə

Bu üsul çeşidləmənin ən sadə üsulu hesab olunur. Bu üsulda yazıların içərisində açarın qiyməti ən kiçik olanı tapılır. Həmin yazı tapılandan sonra o cədvəlin 1-ci yazısının yeri ilə dəyişdirilir ( hamin yazı 1-ci yazının yerinə, 1- ci yazı isə həmin yazının yerinə köçürülür ). Sonra 2-ci elementdən başlayaraq açarının qiyməti ən kiçik olan yazı tapılır və cədvəldə 2-ci yazının yerinə köçürülür. Bu proses bütün yazıların nizamlanması başa çatanadək davam etdirilir.





Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin