Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə53/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Çatların açıqlığı – Müxtəlif süxurlarda o xeyli dəyişir. Süxurun suke-çiricilik qabiliyyətini təmin edən bu göstəriciyə əsasən çatlar iki növə bölünür:

1. Makroçatlar (S > 0,1 mm).

2. Mikroçatlar (S < 0,1 mm).

Çatlı süxurlarda yeraltı suların hərəkəti əsasən xətti süzülmə qanununa (laminar hərəkət) tabe olaraq damar – çat və damar suları turbulent xarakter alır. Bu sular əksər hallarda təzyiqsiz, bəzi hallarda isə təzyiqli olurlar. Kristallik süxurlar onlarda hərəkət edən və az temperaturlu sularla zəif qarşılıqlı əlaqədə olurlar və bu səbəbdən də əksər hallarda çat suları şirin olurlar.

İntensiv ekzogen çatlılıq zonasının (yəni aşınma çatlarında) yeraltı suları sahə üzrə yayılırlar. Onlar bu və ya digər dərəcədə öz aralarında əlaqəlidirlər və əsasən təzyiqsiz sulardır. Sulu süxurların qalınlığı böyük hədlərdə dəyişərək, bəzən100 m-dən çox təşkil edir. Bu zona süxurların regional çatlılıq zonası adlanır və burada formalaşan çat suları əksər hal-larda şirin olurlar.

Tektonik pozulma zonasının yeraltı suları isə lokal (yerli) xarakterli olaraq planda xətti formada yayılırlar və sulu «damar» yaradırlar. Belə sulu «damar»ların eni 0,5 – 1,0 km-ə qədər ola bilər. Damar -çat və damar suları əsasən təzyiqli sulardır, minerallaşma və kimyəvi tərkibinə görə müxtəlif olurlar. Tektonik çatlarda toplanan yeraltı sular qırılma zonasının uzanma istiqamətində boşluqları dolduraraq bəzən böyük istismar ehtiyatlarına malik olurlar. Nisbətən az dərinliyə malik qırılma zonalarında (100 – 200m) sular şirin olaraq, dərinliyə doğru getdikcə onlar mineral sulara – karbon qaz-lı, termal, duzlu və şoraba (ÜMD – 300q/l və daha çox) sulara çevrilirlər. Bu sular yüksək təzyiqə malik olurlar və onları açan quyular fontan vurur.

Lokal çatlar bir qayda olaraq çox enli olur, həm də regional çatlara nisbətən bol suludurlar. Çat suları atmosfer çöküntüləri və səth su axınları hesabına qidalanırlar.

Çat suları sukeçirməyən təbəqə və zəif sukeçirici süxurlarla təcrid olunmayan açıq çatlar vasitəsilə yer səthindən süzülən, tərkibində asılı hissəciklər və mikroorqanizmlər olan sularla çirklənə bilərlər.



Karst suları

Karst müəyyən süxurlarda – əhəngdaşı, dolomit, gips, anhidrit və duz yataqlarında yeraltı suların hərəkəti zamanı bu süxurların tədricən həll olması və parçalanmasına gətirib çıxaran mürəkkəb geoloji prosesdir. El arasında onun bəzi növünə mağara da deyirlər. Bu süxurlardan duz yataqları – Na, K və Mg-un xlor və sulfat duzları daha çox, gips və anhidrit isə onlara nisbətən bir qədər az həll olur. Suda daha az həll olan karbonat süxurlarıdır ki, onların da həll olma sürəti suda aqressiv karbon qazının (CO2) olması ilə artır. Suyun bu göstərilən süxurlarla qarşılıqlı təsiri nəticəsində yeraltı boşluq, mağara və kanalların mürəkkəb sistemi və qıf, uçqun, kor dərələr, itən çaylar və digər bu kimi relyef formaları yaranır. Beləliklə, karst yer səthindən aşağıda gedən özünəməxsus denudasiya (aşınma) prosesi nəticəsində inkişaf edir.

Suyun hərəkət xarakterinə və rejiminə görə karstlaşmış ərazilərdə aşağıdakı


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin