Mühazirə 1 İnformasiya təHLÜKƏSİZLİYİ SİstemləRİNİN


Mühazirə -7 Təhlükəsizlik siyasətinin əsas anlayışları



Yüklə 40,94 Kb.
səhifə6/13
tarix02.01.2022
ölçüsü40,94 Kb.
#43710
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   13
muhazire.-muessisenin-informasiya--tehlukesizliyi-sisteminin-teminatinin-teshkili-2

Mühazirə -7

Təhlükəsizlik siyasətinin əsas anlayışları

Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir. Tərtib olunan prioqrama uyğun olaraq resurslar ayrılır, bu resurslara məsul şəxslər seçilir, proqramın yerinə yetirilmə ardıcıllığı müəyyən edilir və s. Müəssisənin təhlükəsizlik siyasəti müxtəsər struktura malik olmaqla yanaşı yüksək səviyyəli siyasətı dəstəkləməlidir. Yüksək səviyyəli siyasət daim nəzərdən keçirilməli və müəssisənin cari tələblərini ödəməklə yanaşı bu tələblərin ödənilməsinə təminat da verməlidir. Siyasət sənədi elə tərtib edilməlidir ki, konkret texnologiyadan asılı olmasın və bu sənədin tez-tez dəyişilməsinə ehtiyac duyulmasın. Təhlükəsizlik siyasəti ilə tanış olmaq üçün bəzi müəssisənin hipotetiklik (fərziyyəyə əsaslanma) lokal şəbəkəsini nümunə kimi araşdırraq. Təhlükəsizlik siyasəti adətən sənəd formasında tərtib olunur, bura problemin izahı, tətbiq olunma sahələri, müəssisənin tutduğu mövqe, rəhbərlikdə vəzifələrin bölüşdürülməsi və s. bölmələr daxil edilir. Problemin izahı. Lokal şəbəkə çərçivəsində dövr edən informasiya kritik vacib sayılmalıdır. Lokal şəbəkə istifadəçiyə imkan verir ki, təhlükəsizliyi artıran hədələri proqramlardan və verilənlərdən müştərək istifadə etməklə minimuma endirsin. Odur ki, şəbəkəyə qoşulan hər bir kompüter istifadəçisi daha güclü müdafiəyə ehtiyac duyur. Bütün bunlar sənəd formasinda informasiya təhlükəsizliyinin müəssisə daxilində yüksək səviyyədə həyata keçirilməsinə yardımçıdır. İstifadə sahələri. Müəssisənin lokal şəbəkəsinə daxil olan bütün aparat, proqram və informasiya resursları cari siyasətin istifadə sahəsi hesab edilir. Siyasət şəbəkədə çalışan işçilərə, istifadəçilərə, subpodratçılara, tədarükçülərə və digərlərinə yönəldilmişdir. Müəssisənin mövqeyi. Əsas məqsəd verilənlərin tamlığının, əlçatanlığının və konfidensiallığının, həmçinin aktuallığının və dolğunluğunun təmin edilməsidir.

Sanksiya (bir müqavilə və ya qanunun yerinə yetirilməsini təmin edən şərt). Təhlükəsizlik siyasətinin pozulması lokal şəbəkəyə və onda dövr edən informasiyaya bağışlanmaz təsir edir. Odur ki, təhlükəsizliyin işçi personal tərəfindən pozulması operativ şəkildə rəhbərlik tərəfindən baxılmalıdır, lazım olan tədbirlər görülməli, əgər tələb olunarsa, işçi tutuğu vəzifədən azad edilməlidir. Əlavə informasiya. Müəyyən qrup istifadəçi üçün əlavə sənədlərlə tanış olmağa ehtiyac yaranır. Bu sənədlərə təhlükəsizlik prosedurlarına və siyasətinə aid sənədlər, həmçinin rəhbərlik tərəfindən verilmiş xüsisi əmrlər və göstərişlər aiddir. Belə sənədlərin yaradılmasına əsasən böyük müəssisələrdə ehtiyac duyulur. Kiçik ölçülü müəssisələrdə müəyyən təhlükəsizlik siyasətini dəstəkləyən sənədlərin hazırlanmasına tələb yaranır. Bu baxımdan belə sənədlər qısa şəkildə tərtib edilir və həcmi bir-iki səhifədən artıq olmur.


Yüklə 40,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin