Mühazirə 1 İnformasiya təHLÜKƏSİZLİYİ SİstemləRİNİN



Yüklə 40,94 Kb.
səhifə8/13
tarix02.01.2022
ölçüsü40,94 Kb.
#43710
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   13
muhazire.-muessisenin-informasiya--tehlukesizliyi-sisteminin-teminatinin-teshkili-2

Muhazirə -10

Müəssisənin təhlükəsizlik siyasətinin strukturu

Əksər təşkilatlar üçün təhlükəsizlik siyasəti sözün əsl mənasında vacibdir. Siyasət müəssisənin təhlükəsizliyə münasibətini müəyyən edir və özünəməxsus aktivlərin və resursların qorunmasının təşkilinə imkan yaradır. Təhlükəsizlik siyasəti ilə bağlı təhlükəsizlik vasitələrin və prosedurların müəyyən edilməsi, onların yerinə yetirdikləri rollar və müəssisədə işləyən əməkdaşların məsuliyyəti (təhlükəsizliyə əməl etmə baxımından) müəyyən edilir. Adətən müəssisədə təhlükəsizlik siyasəti aşağıdakıları yerinə yetirməlidir:

Baza təhlükəsizlik siyasətini;

Xüsusiləşdirlmiş təhlükəsizlik siyasətini;

Təhlükəsizlik prosedurlarını.

Müəssisənin təhlükəsizlik siyasətinin müddəaları aşağıdakı sənədlərdə əks olunur:

Təhlükəsizlik siyasətinin xülasəsi – təhlükəsizlik siyasətinin məqsədini və strukturunu açıqlayır, kimin nəyə cavab verməsini müəyyənləşdirir, edilmiş dəyişikləri vaxt çərçivəsində müəyyən edir. Müəssisənin miqyasından asılı olaraq təhlükəsizlik siyasəti az və ya çox bölmələrdən ibarət ola bilər;

Təhlükəsizlik baza siyasətinin izahı – qadağa qoyulmuş və icazə verilmiş fəaliyyətin müəyyən edilməsi, həmçinin təhlükəsizlik arxitekturasının həyata keçirilmə çərçivəsində idarəetmə vasitələrinin varlığı;

Təhlükəsizliyin arxitekturası baxımından rəhbərlik – şəbəkənin təşkil ediməsində istifadə olunan təhlükəsizlik mexanizmi arxitekturasının tərkib hissəsinin həyata keçirilməsinin izahı

Qeyd etmək lazımdır ki, təhlükəsizlik siyasətinin əsas komponenti baza təhlükəsizlik siyasəti hesab edilir.

Təhlikəsizliyin baza siyasəti müəssisənin informasiyanı neçə təhlil etməsini, informasiyaya kimin əlçatan olmasını, buna necə nail olmağı müəyyənləşdirir. Get-gedə azalan təhlikəsizliyin baza siyasəti təhlükəsizlik sisteminin yaradılması üçün yararlı olan işlərin bütünlükdə deyil, daim və ardıcıl yerinə yetirilməsinə imkan verir. Baza siyasəti təhlükəsizlik siyasəti ilə istənilən vaxt bütünlükdə tanış olmağa və müəssisədə təhlükəsizliyin cari vəziyyətini araşdırmağa şərait yaradır. Təhlükəsizlik siyasətinin tərkibi və strukturu şirkətin məqsədindən və həcmindən asılıdır. Adətən müəssisənin baza siyasətini müəssisəyə xüsusi hazırlığı olan siyasətçilər dəstəsini dəvət etməklə və təhlükəsizlik tədbirlərini həyata keçirməklə yerinə yetirirlər.
Hal-hazırda onlarla xüsusiləşdirilmiş siyasət mövcuddur və onlardan istər kiçik ölçülü, istərsə də böyük ölçülü müəssisələr istifadə edə bilərlər. Bəzi siyasətlər hər bir müəssisə tərəfindən istifadə edilə bilər, bəziləri isə müəyyən xüsusiyyətə malik müəssisələr üçün nəzərdə tutulmuşdur.

Təhlükəsizlik proseduru təhlükəsizlik siyasətinə lazımlı və əsas əlavə kimi hesab edilir. Təhlükəsizlik siyasəti nəyin müdafiə edilməsini və müdafiə qanunlarından hansıların əsas olmasını müəyyən edir. Təhlükəsizlik prosedurları resursları (siyasəti yerinə yetirən mexanizmi, daha doğrusu təhlükəsizlik siyasətini necə həyata keçirməyi) necə müdafiə etməyi müəyyən edir.




Yüklə 40,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin