Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat



Yüklə 1,91 Mb.
səhifə21/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
CTƏ mühazirə

Hermetikləşdirmə. EA-in qovşaq, blok və şkaflarının germetikləşdirilməsi, nəmlik təsirindən və ətraf mühitin zərərli maddələrindən (toz, barometrik təzyiqin dəyişməsi) etibarlı qorunmasını təmin edir. MS-in və ERE-in germetik korpusda yerləşdirilməsinə baxmayaraq, istismar proseslərində komponentlərin korpusunun daxilinə tez-tez nəmlik keçir və materiallar öz xüsusiyyətlərini dəyişir ki, bunun nəticəsində qısa qapanmaya şərait yaranır.
Birinci səviyyəli modullar lak örtüyü, epoksid qatran yapışqanı ilə qorunur. Xüsusən sarğı materiallarında germetikləşdirici kompaundu (izolyasiya materialını) presləməklə onu qorumaq mümkündür. Kompaund üzvi (qatran, bitum, yağ) və qeyri - üzvi (alüminium fosfat, metal metfosfat) maddələrin əsasında yaradılmış bir quruluşdur. Kompaundla germetikləşdirilmədə modulun elektrik izolyasiya və mexaniki xarakteristikaları yaxşılaşdırılır. Ancaq, əksər kompaundların istilikkeçiriciliyi aşağı olduğundan istilik ötürməni pişləşdirir və təmir prosesini məhdudlaşdırır. Bu zaman daxili gərginlik detallarin və elektrik birləşdiricilərinin bütövlüyünün pozulmasına səbəb olur.
Blokların və şkafların tam olaraq germetik örtükdə germetikləşdirilməsi, baha başa gəlməsinə baxmayaraq gorunmanın ən effektiv üsulu sayılır. Bu zaman xüsusi korpusların, aralıq qatların, xarici elektrik birləşdiricilərinin germetikləşdirilmə üsulları, hörmə naqillərin çıxışları, indikasiya və idarəedici elementləri yenidən işlənməlidir. Vakuum şəraitində məmulatın germetikləşdirilmiş divarı məmulatın daxili və xarici təzyiqlər fərqinə görə müəyyən olunmuş qüvvə ilə müqavimət göstərməlidir. Nəticədə, konstruksiyanın möhkəmliyinin artırılması nəticəsində onun ölçüləri və kütləsi böyüyür. Tam germetikləşmədən istifadə etdikdə məmulatın konstruksiyasına korpusun daxilindəki təzyiqi azaltmaq üçün nizamlayıcşı qapaq əlavə etmək lazımdır.
Germetikləşdirilmənin çoxlu sayda müxtəlif üsulları mövcuddur. Qapaqla korpus arasında yerləşdirilən elastik sıxlaşdırılmış altlıqlardan geniş istifadə olunur (şəkil 1). Sıxılma anında onlar qapaqla korpus arasındaki qovuşma yerinə bərkidilir. Altlığın sıxılmasından sonra bərkidilmiş yerdən qazın itkisinin 25.....30 % - i təkcə diffuziya nəticəsində baş verir. Böyük güvvə ilə sıxılma məsləhət görülmür. Buna səbəb altlığın intensiv olaraq köhnəlməsi nəticəsində onun tez sıradan çıxmasıdır. Eninə kəsikli altlıqların formaları müxtəlif ola bilər. Düzbucaqlı formada hazırlanmış altlıqlar istehsal edilməsinə görə sadə olmaqla yanaşı, asan istifadə edilir. Böyük ölçülü məmulatların havadan germetikləşdirilməsini təmin etmək xüsusiyyətlərinə baxmayaraq, su buxarının təsirindən konstruksiyanı qoruya bilmir. 3 sıxıcı vintinin təsiri ilə altlıq asan deformasiya olunduğundan qapaq və korpus arasındakı təzyiq aşaği alınır. Germetikləşdirilmənin altlıq materialı kimi yüksək elastikliyə və asanlıqla formasını dəyişmə qabiliyyətinə malik olan rezindən istifadə olunur. Böyük qapaqlarda yüksək sərtliyə və kiçik yivli çoxlu sayda sıxıcı vintlərlə rezin altlıq bərkilidir. Germetikləşdirilmənin etibarlı olması üçün bu növ altlıqlar tokar dəzgahlarında hazırlanır.




Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin