Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Mühazirə 8 Mövzu: Ölçmə vasitələrinin konstruksiyalarının mexaniki təsirlərdən qorunması



Yüklə 1,91 Mb.
səhifə18/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   39
CTƏ mühazirə

Mühazirə 8
Mövzu: Ölçmə vasitələrinin konstruksiyalarının mexaniki təsirlərdən qorunması

Daşınma proseslərində və istismar müddətində ÖV-nə mexaniki enerjini ötürən xarici amillər (vibrasiya, zərbə, təcil, akustik səs və s.) təsir edir. Ötürülən enerjinin miqdarından konstruksiyanın səviyyəsi və dəyişmə xarakteri müəyyən edilir. Konstruksiyanın buraxıla bilən mexaniki dəyişdirilmə səviyyəsi mexaniki təsirlər üçün onun möhkəmliyindən və dayanıqlığından tətin olunur.


Konstruksiyanın möhkəmliyi dedikdə mexaniki təsirlər tətbiq edildikdən sonra aparatın öz funksiyasını yerinə yetirmək və parametrlərini saxlamaq xüsusiyyətləri başa düşülür. Konstruksiyanın dayanıqlığı isə mexaniki təsirlər prosesində ÖV-nin funksiya və parametrlərinin saxlanması xüsusiyyətləridir.
Konstruksiyanın mexaniki təsirlərə reaksiyası və ya cavabı mexaniki həyəcanlanma enerjisinin dəyişdirilməsi və ya istənilən formalı transformasiya adlandırılır. Göstərilən reaksiyaların aşağıdaki müxtəlif növləri mövcuddur:
-konstruksiya elementlərində mexaniki gərginlik;
-konstruksiya elementlərinin yerdəyişməsi və onlara təsir edən zərbələr;
-konstruksiya elementlərinin deformasiyası və dağılması;
-konstruksiyanın parametrlərinin və xüsusiyyətlərinin dəyişdirilməsi.
Mexaniki təsirlər nəticəsində yaranan inersiya qüvvəsindən qovşaq və detalların qarşılıqlı yerdəyişməsi baş verir. Bunun nəticəsində bərkidicilər, daşıyıcı və başqa elementlərin konstruksiyaları deformasiyaya məruz qalır. Konstruksiya elementlərinə kiçik mexaniki təsirlər olduqda elastiki deformasiya yaranır ki, bu qüvvə aparatın işləmə qabilliyətinə faktiki olaraq təsir göstərmir. Yükün artması qalıq deformasiyanın səbəb olur və müəyyən olunmuş şəraitdə konstruksiyanın dağılmasına şərait yaradır.
Titrəyişli sistem üçün konstruksiyalar. İstənilən konstruksiyaların mexaniki təsirlərlərə qarşı reaksiyasında əsas parametrlərinə kütlə, sərtlik və mexaniki müqavimət (dempferlə zəiflədici) aid edilir. Modul konstruksiyasına vibrasiyanın təsirinin analiz etdikdə parametrləri bir yerə toplanmış sistem şəkilində göstərmək olar. Bu sistemdə məmulatın m kütləsi, yay şəklində sərtlik elementi və k, r parametrlərini uyğun olaraq xarakterizə edən dempfer şəkilli mexaniki müqavimətli element verilmişdir.




Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin