Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Mühazirə 6 Mövzu: Etibarlı cihaz vasitələrinin layihələndirilməsi



Yüklə 1,91 Mb.
səhifə13/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   39
CTƏ mühazirə

Mühazirə 6
Mövzu: Etibarlı cihaz vasitələrinin layihələndirilməsi

Yeni yaradılan aparaturanın etibarlılığı onda istifadə olunan elementlərin (blokların) etibarlılığı və miqdarı ilə müəyyən olunur. Aparaturanın layihələndirmə mərhələsində onun iş rejimi məlum olmadığı üçün xarici şərtlərin təxmini qiymətləri verilməklə etibarlılığın təxmini xarakteristikaları müəyyən olunur. Məsələn, elementlərin ətrafındakı mühitin temperaturası blokun daxilindəki temperaturaya bərabər götürülür. Yüklənmə əmsalı ky kimi isə ky = 0,5 ÷ 0,7 qəbul olunur.


Müxtəlif elementlər üçün yüklənmə əmsalını təyin etdikdə aşağıdakı düsturlardan istifadə etmək olar:

  1. Rezistorlar üçün yüklənmə əmsalı:

,
burada Ps – rezistorda faktiki ayrılan güc, Vt; Psbur– verilmiş məlum xarici şəraitdə rezistorda buraxıla bilən ayrılma gücü.

  1. Kondensatorların bütün tipləri ucun yüklənmə əmsalı:

,
burada Ui max – işçi gərginliyin amplitudası, V; Ui max bur – verilmiş tip kondensator ucun buraxıla bilən işçi gərginliyin amplitududur.

  1. Yarımkeçirici diodlar üçün yüklənmə əmsalı:

,
burada Id – doddan axan cərəyan, A; Idmax – dioddan axan buraxıla bilən cərəyan.
ç) Tranzistorlar üçün yüklənmə əmsalı:
,
burada Pk – tranzistorun kollektorunda ayrılan güc; Pkbur – tranzistorun kollektorunda buraxıla bilən səpələnən güc.
Bundan başqa real istismar şəraitində dayanma ehtimalının hesablanmasında nominal istismar şəraiti üçün elementlərin dayanma intensivliyinin əmsalı α-ya vurulur (α-nın qiyməti temperatudan asılı olan xüsusi qrafika şəklində verilir). Əgər hesablamalar nəticəsində etibarlılığın alınmış qiymətləri tələb olunandan az alınarsa, onda elementlərin işləmə rejimini dəyişdirmək və ya onları daha etibarlıları ilə əvəz etmək lazımdır. Bəzi hallarda mürəkkəb sistemlərin etibarlılığı hesablandıqda elementlərin uyğun seçilməsinə baxmayaraq etibarlılığın hesablanmış qiyməti tələb olunandan az alınır. Bu halda ehtiyatda saxlama tələbatı meydana çıxır. Daha yaxşı başa düşmək üçün şəkil 6.1-ə baxaq.

Burada B element, blok, aparat və s. ola bilər. Bu halda əsas məmulata ehtiyat götürülür. Əsas məmulat işdən çıxdıqda dövrəyə ehtiyat qoşulur. Belə ehtiyat saxlanılan məmulatın P(t) və Tor etibarlılıq göstəriciləri uyğun ehtiyat saxlanılmayanlardan çox olmalıdır, çünki bu halda əsas məmulatın işdən çıxması aparatın yerinə yetirdiyi funksiyaları pozmur.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin