Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Mövzu 15 Ölçmə vasitələrinin kalibrlənməsi



Yüklə 1,91 Mb.
səhifə39/39
tarix04.12.2022
ölçüsü1,91 Mb.
#72243
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
CTƏ mühazirə

Mövzu 15
Ölçmə vasitələrinin kalibrlənməsi

Kaliblər. Adətən kaliblərlə ölçülərin aşağı və yuxarı hədlərini yoxlayırlar. Belə kalibrlər hədd kalibrləri adlanır. Əgər hissə kalibrlərdən keçirsə, o yararlı hesab edilir. Kalibrlər hissələrin ən böyük ölçüsü (xarici kalibr) və ən kiçik ölçüsü (daxili kalibr) üçün hazırlana bilər. Kalibrlərin forması onların nəzarət vəzifələri ilə müəyyən edilir bə mümkün qədər sadə və səmərəli olmalıdır. Düzgün konstruksiya edilmiş kalibr Teylor prinsipini ödəməlidir. Bu prinsipə görə mürəkkəb detalın həndəsi elementlərinin qarşılıqlı yerləşməsi və formasında müəyyən xətalar vardırsa, onların profil ölçülərinin təyin edilmiş ölçülərə uyğunluğu o halda mümkündür ki, keçən və keçməyən hədlərin qiymətləri müəyyən edilmiş olsun.


Dövlət metroloji nəzarəti məcburi olmadıqda ölçmə vasitələrinin metroloji sazlığını təmin etmək üçün kalibrləmədən istifadə edilir. Kalibrləmə (kalibrləmə işi) dövlət metroloji nəzarətinə və yoxlamasına aidiyyatı olmayan ölçmə vasitələrinin həqiqi metroloji xarakteristikalarını müəyyənləşdirməsi və sübut edilməsi, həmçinin istifadə üçün yararlığının təyin olunması üçün yerinə yetirilən əməliyyatların məcmuudur.
Kalibrləmənin yoxlamadan prinsipial fərqi:

  • Kalibrləmə zamanı ÖV-nin həqiqi xarakteristikası müəyyən edilir və təsdiqlənir.

  • Yoxlama zamanı ÖV-nin qoyulmuş tələbatlara uyğunluğu müəyyən edilir və təsdiqlənir.



Kalibrləmə fəaliyyətinin əsas istiqamətləri

Kalibrləmə fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:


- hüquqi şəxslərin metroloji xidmətlərinə kalibrləmə işini yerinə yetirmək səlahiyyətini verən orqanların qeydiyyatdan keçirilməsi;
- kalibrləmə işini yerinə yetirmək hüququ vermək üçün xüsusi şəxslərin metroloji xidmətlərinin akkreditasiyası;
- ölçmə vasitələrinin kalibrlənməsi;
- kalibrləmə sisteminin əsas prinsipi və qaydalarını müəyyənləşdirmək, onun fəaliyyətinin təşkilati, metodiki və məlumat təminatını həll etmək;
- kalibrləmə işinin yerinə yetirilməsinə verilən tələblərin gözlənməsinə müffətiş nəzarətini həyata keçirmək.
Kalibrləmə sisteminin mərkəzi orqanları aşağıdakı funksiyaları yerinə yetirirlər:
- kalibrləmə sisteminin əsas prinsiplərini və qaydalarını müəyyənləşdirir;
- akkreditasiya orqanlarının qeydiyyatı haqqında qərar çıxarır;
- onların fəaliyyətinə nəzarəti həyata keçirir; əticələrinə görə apelyasiyalara baxır;
- başqa ölkələrin kalibrləmə xidmətləri və beynəlxalq kalibirləmə ittifaqları ilə qarşılıqlı fəaliyyət göstərir.
Kalibrləmə sisteminin elmi metodiki mərkəzinin əsas məsələləri aşağıdakılardır:
- ölkədə kalibrləmə sisteminin fəaliyyətini reqlamentləşdirən normativ sənədlərin işlənməsi;
- kalibrləmə sisteminin reyesterini aparmaq;
- akkreditasiya orqanlarının qeydiyyatı sənədlərini, mərkəzi kalibrləmə sistemi orqanına təsdiq etmək üçün hazırlamaq və təqdim etmək, onların yoxlanılmasında iştirak etmək;
- layihələrin işlənməsinin təşkili və koordinasiyası, kalibrləmə metodlarının ekspertizası və attestasiyası;
- normativ sənədlər və kalibirləmə fəaliyyəti üçün məlumat bazalarının yaradılması;
- kalibrləmə sisteminin məsələləri ilə əlaqədar məsləhətləşmə fəaliyyətini həyata keçirmək;
- kalibrləmə işləri sahəsində kadrların ixtisaslarını artırmaq üçün tədbirlər həyata keçirmək.
Dövlət metroloji xidmətlərin, akkreditasiya orqanlarının və digər uyğun xidmətlərin rəhbərlərindən kalibrləmə sisteminin Şurası yaradılır. Bu Şura aşağıdakı fəaliyyətləri həyata keçirir:
- kalibrləmə sisteminini əsas prinsiplərinə uyğun təkliflər hazırlayır;
- kalibrləmə sahəsində qanunvericilik və normativ aktların layihələrinə baxır, onların dəyişdirilməsi üçün təkliflər hazırlayır;
- kalibrləmə sahəsində elmi-tədqiqat işlərinin aparılmasının əsas istiqamətini müəyyənləşdirir;
- kalibrləmə sistemində iqtisadi və maliyyə məsələlərinə baxır.
- Kalibrləmə sisteminin akkreditləşdirici orqanının əsas məsələləri aşağıdakılardır:
- metroloji xidmətin akkreditasiyasının keçirilməsi;
- müfəttiş nəzarətini həyata keçirmək.
Kalibrləmə sisteminin əsasını fiziki şəxslərin akkreditə olunmuş metroloji sistemləri təşkil edir.
Kalibrləmə işini yerinə yetirən təşkilat aşağıdakılara malik olmalıdır:
- kalibrləmədə tətbiq edilən yoxlanılmış və eyniləşdirilmiş kalibrləmə vasitələrinə - etalonlara, quruqlara və digər ölçmə vasitələrinə; Onlar vahidlərin ölçülərini, dölət etalonlarından kalibrləmə ölçmə vasitələrinə ötürülməsini təmin etməlidirlər.
- kalibrləmə işinin təşkilini və yerinə yetirilməsini reqlamentləşdirən aktuallaşdırılmış sənədlərə; Bu sənədlərə, akkreditasiya sahəsinə, ölçmə vasitəsinə və kalibrləməyə, kalibrləmə sisteminin normativlərinə, kalibrləmə qaydalarına, kalibrləmə məlumatlarının istifadəsinə aid olan sənədlər daxildir.
- professional səviyyədə hazırlanmış ixtisaslı personala;
- normativ tələbələri ödəyən işçi sahəsinə.
Kalibrləmənin nəticələri ölçmə vasitəsinin üzərinə nəqşlənmiş kalibrləmə nişanı ilə təsdiqlənir,yaxud kalibrləmə haqqında şəhadətnamə verilir və istismar sənədlərinə müvafiq qeydlər edilir. Kalibrləmə laboratoriyasına verilən tələblər İSO/BEK 170252000 də göstərilmişdir.
Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin