Mühazirə №1 Mövzu: Leksikologiya. Dilin lüğəvi vahidləri Plan


Dilin lüğət tərkibi haqqında anlayış



Yüklə 22,33 Kb.
səhifə2/5
tarix02.01.2022
ölçüsü22,33 Kb.
#36025
növüMühazirə
1   2   3   4   5
MAD N1

1.2.Dilin lüğət tərkibi haqqında anlayış

Dildə olan bütün sözlər və sabit birləşmələrin məcmuyuna lüğət tərkibi deyilir.Dilin lüğət tərkibi uzun tarixi inkişaf prosesinin məhsuludur.Hər bir dilin lüğət tərkibi o dilin formalaşmağa başladığı dövrdən onunla əlaqədar şəkildə yaranır.Buna görə də ilk dövrlərdə dilin lüğət tərkibi kasıb olur və sonralar get-gedə keyfiyyət və kəmiyyətcə zənginləşib inkişaf edir.Müasir Azərbaycan dilinin lüğət tərkibi də belə bir inkişaf yolunu keçmişdir.



Dilin komponentləri zaman keçdikcə müntəzəm şəkildə inkişaf edir,dəyişikliyə uğrayır.Fonetik sistemə və qrammatik quruluşa nisbətən,lüət təkibi daha çox dəyişkəndir.

Dilin lüğət tərkibindəki dəyişiklik xalqımızın həyatı,mədəniyyəti və onun inkişafı ilə əlaqədardır.Çünki dilin lüğət tərkibi,eyni zamanda,mənsub olduğu xalqın tarixini əks etdirir.Cəmiyyətdə baş verən ,demə olar ki,hər bir hadisə ,yaranan hər bir yeni anlayış söz və ifadə vasitəsi ilə öz əksini dilin lüət tərkibində tapır.

Dilin lüğət tərkibi ancaq yeni sözlərin deyil,köhnəlmiş sözlərin hesabına dəyişir.Məlum olduğu üzrə,dil cəmiyyətlə bağlıdır.Buna görə də cəmiyyətdə köhnəlmiş məşhumları ifadə edən sözlər məfhumlarla birlikdə tədricən istifadədən düşür.Məsələn,vaxrilə dilimizdə geyim növlərindən birinin adını bildirən çuxa sözünün işlənməsinə baxmayaraq,hazırda bu sözdən nitqimizdə hazır şəkildə istifadə edilmir.

Hər bir dilin zənginliyini göstərən amillərdən bilriməhz onun lüğət tərkibinin çoxcəhətli və zəngin olması ilə müəyyən edilir.Müasir Azərbaycan dilində elmin,sənayenin sənətin,iqtisadiyyatın və s.ayrı-ayrı sahələrinə aid çox müxtəlif söz və ifadələr vardır.Bu əlamətdar cəhət Azərbaycan dilinin də müasir zəngin dillərdən biri olduğunu göstərir.

Dilin lüğət tərkibi əsas və əlavə hissələrdən ibarət olur.Əsas hissəyə daxil olan sözlər və ifadələr ən zəruri əşya və məfhumların ,hadisələrin adlarını bildirir.Bu cür söz və ifadələr dildə uzun müddət yaşayır və hamı tərəfindən başa düşülür,müntəzəm işlədilir.Ümumişlək sözlər və ifadələr (məs.:ata,ana,torpaq,beş,bir,dilə gəlmək və s.) dilin lüğət tərkibinin əsas hissəsinə daxildir.Dialektizmlər,arxaizmlər,loru sözlər,vulqarizmlər,dar sahə terminləri lüğət tərkibinin əlavə hissəsinə aiddir;məsələn:reanimasiya,qımıldanmaq,əsrük,mırıldanmaq, tənbətün düşmək ...


Yüklə 22,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin