Mühazirə №1 Mövzu: Leksikologiya. Dilin lüğəvi vahidləri Plan



Yüklə 22,33 Kb.
səhifə3/5
tarix02.01.2022
ölçüsü22,33 Kb.
#36025
növüMühazirə
1   2   3   4   5
MAD N1

1.3.Dilin lüğəvi vahidləri

Dil - vahidlərdən ibarətdir.Vahidlərsiz hər hansı bir dilin mövcudiyyətini ,onun varlığını təsəvvür etmək qeyri-mümkündür.Dilin quruluşunun təkcə bir sahəsində deyil,onun həm fonetik və qrammatik quruluşunda,həm də lüğət tərkibində bir sıra vahidlər vardır.Buna görə də bütün fonemlər,morfemlər,leksemlər,frazemlər,cümlələr ... dil vahidləridir.

Bu dil vahidləri üçün iki şey xarakterikdir;hər bir vahidin birincisi,başlıca zahiri əlamətə - səslənməyə,ikincisi isə,əsas daxili əlamətə - mənaya,yaxud məzmuna malik olmasıdır.

Azərbaycan dilinin lüğət tərkibi vahidlərə görə iki yerə bölünür: a) leksik vahidlər ;b) frazeoloji vahidlər.

Leksik və frazeoloji vahidlər bir-biri ilə üzvü surətdə bağlıdır.Lakin bunlar biri digərinin eyni deyil.Çünki bunlardan hər biri fərdi cəhətlərə malikdir.

Leksik vahidlər dildə müstəqil olan tək-tək sözlərdir.Leksik vahidlərə söz və yaxud leksem də deyilir.Leksik vahid dilin daha konkret və əsas vahididir.Belə ki,dilin bütün digər vahidləri sözün zəminində əmələ gəlir.Buna görə də leksik vahid olmadan digər vahid də ola bilmir.Məsələn,məktəb sözü leksik vahidi olmadan –li morfoloji vahidinin şəxs anlayışını (məktəbli) ifadə etməkdə heç bir rolu ola bilməz.

Bütün leksik vahidlərin cəmi dilin leksik tərkibini təşkil edir.

Frazeoloji vahidlər dildə müstəqil mənası olan bölünməz birləşmə və ifadələrdir.Dildə frazeoloji vahidlərə,həmçinin frazem,yaxud ifadə də deyilir.Frazeoloji vahidlərin hamısı birlikdə dilin frazeoloji tərkibini təşkil edir.

Deməli ,həm leksik vahidlər,həm də frazeoloji vahidlər dilin lüğət tərkibində müstəqil mövcud olan lüğəvi vahidlərdir.


Yüklə 22,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin