1.5.Sözün daxili və zahiri cəhəti
Hər bir söz həm zahiri,həm də daxili cəhətlərə malikdir.Sözün səslənməsi onun zahiri cəhətidir.Məsələn,kağız sözünü götürək.Bu sözdə beş səs vardır;bunlar müəyyən səs kompleksi əmələ gətirərək kağız sözünün formalaşmasını təşkil edir.
Dildəki sözlər fonem tərkibinə görə çox müxtəlifdir.Bu cəhətdən sözləri şərti olaraq aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1.Bir səsli sözlər;məs.:o (əvəzlik),a!,ə! (nida) və s.
2.İki səsli sözlər;məs.:ad,az,ay,ət,su,bu,və,ağ və s.
3.Üç və çox səsli sözlər;məs.:beş,tək,sel,dörd,gözəl,bacarıq,birləşmə və s.
Birsəsli söz Azərbaycan dilində və eləcə də digər türk dillərində çox azdır.
Sözün bu və ya başqa məna ifadə etməsi onun daxili cəhətidir.Kağız sözünün daxili cəhəti onun qamışdan,ağacdan hazırlanan və əsasən yazı ləvazimatı olan müəyyən bir əşya mənası bildirməsidir.Buna görə də dildə səs sisteminə və leksik,yaxud qrammatik mənaya malik olmayan söz yoxdur və ola da bilməz.
Ədəbiyyat
1.A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.I cild,Bakı,2003
2.B.Xəlilov.Müasir Azərbaycan dilinin leksikologiyası.Bakı,2008
Dostları ilə paylaş: |