1.4.Söz leksikanın əsas vahidi kimi
İnsanlar arasında başlıca ünsiyyət vasitəsi olan dil sözlərdən ibarətdir.Buna görə də sözsüz dilin varlığını təsəvvür etmək mümkün deyildir.İnsan fikirləri,əsasən söz vasitəsi ilə öz əksini tapır.Bütün bunlara görə də sözsüz dilin varlığını təsəvvür etmək mümkün deyildir.İnsan fikirləri,əsasən söz vasitəsi ilə öz ifadəsini tapır.Bütün bunlara görə də söz yalnız leksikanın yox,ümumiyyətlə dilin başlıca vahidi sayılır.
Söz nədir? Söz dilin leksik tərkibini təşkil edən əsas lüğəvi vahiddir.Söz bu və ya başqa əşya (taxta,yağ,blıq),şəxs (Munis,Sona),hərəkət (gəlmək,getmək),keyfiyyət (yaxşı,pis),hadisə (külək,üsyan) və sairin adıdır.
Deməli,dildə sözün başlıca rolu,onun əsas vəzifəsi ad olmaqdır.Söz yalnız əşyanın deyil,həm də hal və hadisənin,əlamətin miqdarın adını bildirir.
Dostları ilə paylaş: |