Mühazirə-1 Plan Giriş. Sürtünmə və yeyilmə Əsas anlayışlar və istiqamətlər s ü rt ü nm ə V


Mühazirə-20 Avadanlıqların istismar şəraiti və xarıakteristikaları



Yüklə 0,94 Mb.
səhifə19/20
tarix07.01.2024
ölçüsü0,94 Mb.
#211615
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
C fakepathtribomex-22(1)

Mühazirə-20
Avadanlıqların istismar şəraiti və xarıakteristikaları
Mühazirənin planı
1.İstismar şəraiti
2.Avadanlıgın xarakteristikası
Detallarda qüsurların təyini əsasən onların istismar zamanı öz funksiyasını tam yerinə yetirməməkdən ibarət olur. Qüsurlarəsasən aşağıdakılardan ibarətdir:
1. detalın işçi səthlərinin yeyilməsi nəticəsində onun həndəsi forması və ölçülərinin dəyişməsinin təyini;
2. gərginlik və deformasiya ilə detalların əyilmədə, dartılmada (sıxılmada) və burulmada həndəsi formasının və çat qatlarının yaranması;
3. yüksək temperatur və təzyiq altında detalınsəthlərində fiziki-mexaniki xassələrin dəyişməsi.
Qurğunun sökülmüş detalları ayrı-ayrılıqda hər tərəfli texniki vəziyyətini təyin edərək qüsurları tam təyin edir.
Detalların qüsurlarının yoxlama ilə aşağıdakı qruplara bölürlər:
1. yararlı olması, təmirə ehtiyacı yoxdur;
2. yararsızlığı və təmirə və bərpaya göndərilməsi;
3. yararsızlığı, qüsurların aradan qaldırılmasının mümkün olmaması.
Detalların qüsurlarının təyin edilməsi xüsusi hazırlanmış sahələrdə cihazlarla, alətlərlə və tərtibatlarla həyata keçirilir.
Detalların xarici görünüşə görə də lazımi qüsurları da təyin edirlər. Bunlardan əsası çat qatları, sınma, əyilmə, korroziya və s. eləcədə görünməyən xırda çat qatları, sıyırmalar, cizkilər və s. fizicizkiki-mexaniki üsullarla təyin edilir. Buüsullardan əsasları maqnit, ultrasəslə, lüminessensiya və şualanma üsullarıdır ki, bunlar müasir tələblərə uyğun olaraq bütün lazımi qüsurları aşkar edib tam parametrlərini təyin edirlər.
Detallarda olan qüsurların və həndəsi formanın dəyişmə həddinə görə bu üsullardan seçib təyin edirlər və ona uyğun əlavə alətlər, cihazlar da seçirlər. Təyin edilmiş qüsurların ölçülərini və fiziki-mexaniki xassələrini tam araşdırıb qeyd edirlər. Bu qeydlərə əsasən lazımı təmir və bərpa texnologiyasını seçirlər.
Bərpadan sonra hazırlanmış detalların bərpa olunmuş səthlərində texnoloji prosesin keyfiyyəti tam yoxlanılıb təhvil verilməlidir. Bu keyfiyyətlərdən ən əsasları onların səthinin normalara uyğun olması, ölçülərinin xətalığı. Bərpa olunmuş səthlərin fiziki-mexaniki xassələri yəni möhkəmliyi, bərkliyi, dözümlüyi və deformasiya həddinə tab gətirilməsindən ibarətdir. Bu keyfiyyətli yoxlanması ilə, eyni zamanda istismar zamanı statiki, dinamiki və tsikilli yüklənmələrə, eləcə də titrəmə, rəqslərə qarşı davamlığı əvvəlcədən təyin edilib hesablanmalıdır.
İstismar şəraitinə görə detalın yüklənməsində yeni yüksək təzyiq və temperatur təsirindən intensiv yeyilmənin alınması üçün xüsusi tədbirlər görülməlidir. Keyfiyyət göstəriciləri hazırlanmış detalın qəbulu vaxtı onun göstəricilərinin standartlara uyğun olmasıdır. Qusurların və keyfiyyətin göstəriciləri əsaslı təmirdən sonra aşağıdakılardır:
1. Texnoloji sənədlərin keyfiyyəti.
2. Texnoloji prosesdə ölçmənin və sınağın keyfiyyətli olması.
3. Təmir olunmuş detalın, işçilərin tərəfindən keyfiyyətlə qəbul edilməsi.
Qaldırıcı Azinmaş-43 mexanizmin elektropnevmatik idarəetmə ilə işləyir. Pnevmatik idarəetmə ilə əylənc sistemini tənzimləyirlər ki, bu da ağır yüklərin qaldırılmasını təmin edir.
Qaldırıcının bucurqadı xüsusi rama üzərində yerləşərək, bunun bir hissəsi üzərində elektrik mühərriki, o biri hissəsində isə sürətlər qutusu yerləşdirilmişdir, qalan hissələrdə val-baraban sistemi bərkidilmişdir.
Elektrik mühərrikinin dişli muftaları iləsürətlər qutusu hərəkətə gətirilir. Sürətlər qutusunun çıxışında fırlanma sürətini konus və silindrik çarxlarıla tənzimləndirilir. Ona görə də bu çışa bucurqadın valı birləşdirilmişdir. Diskili muftalarda birləşdirilən bu baraban lazımi dövrlər sayı iləfırlanaraq kanatı yığır və dolaya bilir ki, bu da yükün qaldırılıb-endirilməsinə səbəb olur Bu sxemdə əsasən kəllə çarxın ümümi görünüşü göstərilməklə onun detallarının sökülməsi öz nömrəlrinə uygun gəlir.Burada kəllə çarxın sökülməsinə baxılır.Sökülmə prosesi xususi əlatlərlə və texniki vasitələrlə yerinə yetirilir.Əvvəlcə kəllə çarxın gövdəsi çıxardılaraq təmizləmə mərhələsi aparılır.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin