Mühazirə 1 Rəqəmli veriliş sisteminin əsasları



Yüklə 212,2 Kb.
səhifə1/4
tarix04.03.2023
ölçüsü212,2 Kb.
#86644
növüMühazirə
  1   2   3   4
Mühazirə 1


Mühazirə 1
Rəqəmli veriliş sisteminin əsasları
Telekommunikasiya şəbəkələrinin növündən asılı olmayaraq (beynəlxalq, şəhərlərarası, şəhər və yaxud kənd) şəbəkənin elementlərini birləşdirən vasitə rabitə kanalıdır.
Rabitə kanalı dedikdə siqnalın informasiya mənbəyindən onun qəbuledici- sinə verilməsini təmin edən xətt və stansiya qurğularının (gücləndiricilər, çeviri- cilər və s.) cəmi başa düşülür. Rabitə kanalı ilə telefon (danışıq), teleqraf, faksi- mil, səs cayımı, televiziya yayımı, teleidarə, telesiqnal, telemetrik və s. məlumat siqnallarını ötürmək olar. Rabitə kanalı ilə ötürülən məlumat növündən asılı ola- raq, siqnalların elektrik parametrləri və xarakteristikası müxtəlifdir [1,3,5,11- 14,16-22,71-111].
Məsələn, telefon siqnalının ötürülməsi üçün kanalın tezlik zolağı 3100 hs (300-3400 hs), teleqraf siqnalları üçün 140 hs, səs yayımı siqnalları üçün isə 10 khs-dan az olmamalıdır.
Veriliş sistemi dedikdə, xətt traktının və veriliş kanallarının yaradılmasını təmin edən texniki vasitələrin cəmi başa düşülür.
Veriliş sisteminin xətt traktı aşağıdakı siqnalların ötürülməsini təmin edən texniki vasitələrin cəmidir:

  1. Veriliş sisteminin hüdudu daxilində.

  2. Tezlik zolağında.

  3. Veriliş sisteminə xas olan nominal kanal sayına görə sürət.

Veriliş kanalı telefon şəbəkəsinin iki stansiyası arasında müəyyən tezlik zolağında müəyyən veriliş sürətilə elektrik rabitəsi siqnallarının verilişini təmin edən texniki vəsaitlərin və yayılma sahəsinin cəmidir.
Hal-hazırda rabitə parametrləri BTI tərəfindən normalaşdırılır. Məsələn: tezlik zolağı 300-3400 hs olan tonal tezlik kanalı, analoq kanalı. Veriliş sürəti 64 kbit/s olan rəqəm kanalı
Kanal ilə ötürülə bilinməsi üçün, informasiyanın təsvir olunma formasına siqnal deyilir. Məlumatın emalı və verilməsi üsulundan asılı olaraq veriliş sis- temləri analoq və rəqəmli kimi iki cür olurlar.
Analoq sistemlərinə aşağıdakı veriliş sistemləri aiddir:


  1. Yüklə 212,2 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin