MühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu


Biliklərin produksiyalarla təsviri



Yüklə 179,83 Kb.
səhifə15/38
tarix02.01.2022
ölçüsü179,83 Kb.
#38863
1   ...   11   12   13   14   15   16   17   18   ...   38
VER STR VƏ ALQ müh yeni

Biliklərin produksiyalarla təsviri
Praktiki olaraq produksiya öz-özlüyündə cütlük- “situasiya→fəaliyyət”, “səbəb→nəticə” və s. kimi təsvir olunur. Bu tip qaydalar müxtəlif bilik sahələrində və fəaliyyətlərdə qarşıya çıxır. Belə ki, gündəlik həyatda insanlar müxtəlif növ qaydalarla əhatə olunurlar. Məs. küçə hərəkəti qaydaları, qrammatika qaydaları və s. cinayət məcəlləsinin bəndləri də müəyyən qaydalarla təsvir olunur. Yəni qaydanın sol hissəsi dispozisiyadır, sağ tərəfi isə sanksiya. Kompüter proqramlaşdırılmasına baxsaq produksiya özünü üçlük şəkilində, yəni produksiyanın adı, istifadə şərti və operator kimi göstərilir. Əslində produksiya məna etibarı ilə “Əgər... onda” implikasiyasına uyğun gəlir və produksiyanı şərti olaraq implikasiya kimi işarə etmək olar:

α →β.


Produksiyanı bir qədər də geniş şəkildə, yəni istifadə şərtini göstərməklə açsaq, aşağıdakı ifadə formasında göstərmək olar:

P1^P2 ^ ...^ Pi→B,

Burada Pi (i =1,n) – konyunktiv formada istifadə şərti; B-qərar.

Hər hansı bir avadanlığın istismarına dair produksiya-qaydanı adi danışıq dilində aşağıdakı kimi təsvir etmək olar:

ƏGƏR avadanlıq işçi rejimdədirsə qazın tempraturu T ≥300 S olarsa VƏ qazın təzyiqi 49* 104 Pa olarsa ONDA maye nasosunu söndürmək Və ventilyatoru qoşmaq lazımdır.

ƏGƏR və ONDA hissələrindəki ifadələri uyğun olaraq P1,P2,P3,P4,və P5 predikatları ilə işarə etsək produksiyanı kompüterin daxili dilində aşağıdakı kimi təsvir etmək olar:

(P1^P2^P3) → P4^P5

burada P2 – qazın tempraturunu ölçən qurğudan gələn informasiya; P3 – qazın təzyiqini ölçən qurğudan gələn informasiya; P1- avadanlığın iş rejimini təyin edən informasiya; P4 – maye nasosunun söndürülməsi; P5 – ventilyatorun işə salınmasıdır. Göründüyü kimi A = P4^P5 ifadəsi avadanlığın qəzadan müdafiə olunmasını təmin edir.




MÜHAZİRƏ 7

Semantik şəbəkələr



Yüklə 179,83 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin