MühaziRƏ 1 Verilənlər. Alqoritmlər və verilənlərin strukturu


Biliklərin freym modelləri ilə təsviri



Yüklə 179,83 Kb.
səhifə14/38
tarix02.01.2022
ölçüsü179,83 Kb.
#38863
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
VER STR VƏ ALQ müh yeni

Biliklərin freym modelləri ilə təsviri

Məvhum və obyektlər arasındakı əlaqələri təsvir etmək üçün kifayət qədər imkan və vasitələrin yaradılmasına baxmayaraq semantik şəbəkələr bəzi əsas çatışmamazlıqlara malikdir. Semantik şəbəkələrin müxtəlif növ düyün və əlaqələrə, eyni zamanda ciddi olmayan strukturlara malik olması informasiya emalının müxtəlif təyinatlılığını tələb etməklə kompüterin proqram təminatını mürəkkəbləşdirir. Bu nöqteyi nəzərdən semantik şəbəkələrin xüsusi növlərinin yaradılması həyata keçirilmiş və sintaqmatik dövrələr, ssenarilər, freym təsvir üsulları kimi modellər yaradılmışdır.

Freym modellərini nəzərdən keçirək. Freym termini (frame) çərçivə mənasında istifadə edilir. Predmetlər, obyektlər, situasiyalar və s. barədə istənilən təsvirlər insan beynində müəyyən çərçivə ilə məhdudlaşır və onlar freymin slotlarını təşkil edir.

Formal olaraq freym dedikdə aşağıdakı şəkildə struktur başa düşülür:

F[ ,,…, ], burada f-freymin adı; - freymin k saylı slotu (cütlüyü); Vk-slotun adı və gk-slotun mahiyyətidir. Freymləri iki qrupa bölürlər: freym-ifadələr və freymtapşırıqlar.

Freym modellərində demək olar ki, biliklərə xas olan bütün xassələr əsasən öz əksini tapır. Beləki freymin slotunun mahiyyətində həmin freymin digər slotlarına və yaxud digər freymlərə müraciət etmək mümkündür ki, bu da freymin biliklərə xas olan strukturluluq və əlaqəlik xassələrinə malik olduğunu göstərir. Freymlərlə təsvir olunan və saxlanılan biliklər freymin və slotların adları olduğuna görə daxili qavranılma xassəsinə malikdir.

Freym-tapşırığın nümunəsindən göründüyü kimi freymin slotunda bu və ya digər prosedurların aktivləşdirilməsi həyata keçirilir. Bu isə biliklərin aktivlilik xassəsinə malik olduğunu göstərir.

Fundamental elmlərdə bilikləri təsvir etmək üçün freym modellərindən istifadə etməklə daha ciddi anlanılan apparatların yaradılması və adi riyazi modellərin freym formalizmləri ilə əvəz edilməsinə nail olmaq olar.




Yüklə 179,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin