Kompüterlərin proqram təminatı dedikdə onların fəaliyyəti və həm də müəyyən tətbiqi sahələrin faydalı funksional məsələlərinin həlli üçün nəzərdə tutulmuş proqramların məcmusu başa düşülür. “Proqram” terminini istifadə etdikdə yalnız proqramlaşdırma dilinin operatorlarının ardıcıllıgı deyil,həm də üzərində bu və ya digər əməliyyatların yerinə yetirilə biləcəyi müxtəlif informasiya obyektləri yıgımı nəzərdə tutulur. Proqramın belə informasiya obyektlərini verilənlər adlandırırlar.