Dəyişənlər- proqram kodunun icra prosesində aldıqları qiymətlərini dəyişən kəmiyyətlərdir və onlar müxtəlif proqramlaşdırma dillərində müxtəlif qaydalarda elan edilir.Məsələn , Pascal ,C++ və C# dilində qabaqcadan dəyişənləri elan etmək lazım gəldiyi halda,Python dili onlarla lazım olan yerdə işləməyə imkan verir. Hər dilin verilənlərin öz strukturları mövcuddur. Dəyişənlərin, demək olar ki, bütün dillərdə mövcud olan bir neçə baza tipləri var: tam ədəd həqiqi (qeyd olunmuş və sürüşkən nöqtəli),sətir, simvol,məntiqi və sair
Sabitlər isə proqramın icrası prosesində dəyişikliklərə məruz qalmayan kəmiyyətlərdir,məsələn, “pi”ədədi
Seçilmiş tipə uyğun dəyişən operativ yaddaşda müəyyən xanada yerləşir.Verilənləri strukturlaşdırdıqda dəyişənləri tiplərə görə rasional bölmək lazımdır.
Dostları ilə paylaş: |