Alqoritmlər və verilənlərin strukturu - istənilən proqramın ,proqram sistemlərinin və ya komplekslərinin zəruri komponentləridir.Belə proqramın ,proqram sistemləri və ya kompleksləri kimi adi sadə proqramlar,paylanmış sistemlər, mobil əlavələr,verilənlər bazaları,web-əlavələr və s.oia bilər.Buna görə verilənlərin strukturu və alqoritmlər nəzəriyyəsini ,xüsusi halda ,məntiqi və maşın səviyyələrində verilənlərin təsvir edilməsi metodlarını və həmçinin ,müxtəlif strukturlar üzərində mümkün əməliyyatların yerinə yetirilməsini bilmək avtomatlaşdırılmı idarəetmə sistemlərinin ,proqramlaşdırma dillərinin kompliyatorlarının ,əməliyyat sistemlərinin ,habelə imitasiya modelləşdirməsi üçün proqram sistemlərinin ,verilənlər bazalarını idarəetmə sistemlərinin ,süni intellekt və s.kimi bölmələrin dərindən öyrənilməsi,aydınlaşdırılmasıvə layihələndirilməsiüçün lazımdır.Bütün bunlar kompüter elmləri və proqram mühəndisliyi sahələrində sonrakı biliklər üçün əsas bünövrə kimi xidmət edir.
“Alqoritmlər “və “verilənlərin strukturu” kompüter elmlərinin əsas anlayışlarından biridir.N.Virt iddia edir ki, proqramçı üçün müvəffəqiyyətin klassik düsturu belədir:
“Yaxşı proqram-ağıllı düşünülmüş alqoritmin və verilənlərin effektiv strukturlarının vəhdədindən ibarətdir” .
Əgər nəzərə alsaq ki ,proqramın yazılması və reallaşdırılması üçün alqoritmik dil də lazımdır,onda aşağıdakı düstur alınar:
Dostları ilə paylaş: |