SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ VERİLƏNLƏRİN STRUKTURU VƏ
ALQORİTMLƏR
FƏNNİNDƏN MÜHAZİRƏ KONSPEKTİ
TƏRTİB ETDİ:baş müəllim G.E. ORUCOVA
SUMQAYIT-2019
MÜNDƏRCAT MÜHAZİRƏ 1 Verilənlər.Alqoritmlər və verilənlərin strukturu MÜHAZİRƏ 2 Verilənlərin statik və dinamik strukturları MÜHAZİRƏ 3 Verilənlərin strukturları üzərində yerinə yetirilən əməliyyatlar MÜHAZİRƏ 4 Verilənlərin strukturu. Göstəricilər, Massivlər, Yazılar, Çoxluqlar , Siyahılar MÜHAZİRƏ 5 Verilənlərin modelləri MÜHAZİRƏ 6 Veriənlərin relyasiya modeli MÜHAZİRƏ 7
Bilik anlayışı .Biliklərin təsvir modelləri. Biliklər bazası.
MÜHAZİRƏ 8 Kompüterdə iliklərin təsviri MÜHAZİRƏ 9 Biliklərin təsviri sisteminin strukturu və elementləri MÜHAZİRƏ 10 Semantik şəbəkələr
Biliklərin təsvirinin semantik şəbəkə ilə verilməsi. MÜHAZİRƏ 11 Alqoritm anlayışı MÜHAZİRƏ 12 Alqoritmləşdirmənin əsasları. Alqoritmin tipləri. Proqramlaşdırma dilləri. MÜHAZİRƏ 13 Alqoritmlərin təhlili .Təhlil nədir? MÜHAZİRƏ 14 Alqoritmin mürəkkəbliyi MÜHAZİRƏ 15 Alqoritmlərdə müxtəlif halların təhlili MÜHAZİRƏ 1
Verilənlər. Alqoritmlər və verilənlərin strukturu Kompüterlərin proqram təminatı dedikdə onların fəaliyyəti və həm də müəyyən tətbiqi sahələrin faydalı funksional məsələlərinin həlli üçün nəzərdə tutulmuş proqramların məcmusu başa düşülür. “Proqram” terminini istifadə etdikdə yalnız proqramlaşdırma dilinin operatorlarının ardıcıllıgı deyil,həm də üzərində bu və ya digər əməliyyatların yerinə yetirilə biləcəyi müxtəlif informasiya obyektləri yıgımı nəzərdə tutulur. Proqramın belə informasiya obyektlərini verilənlər adlandırırlar.